525.Az

Daha 143 nəfərdə koronavirus aşkarlandı: 44 sağalan, 3 ölən var


 

Daha 143 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">44 sağalan, 3 ölən var</b>

Azərbaycanda 143 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1942, 1944 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 2422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1620 nəfər müalicə olunaraq sağalmış, 31 nəfər vəfat edib, 771 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 41 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 188.950 test aparılıb.

 





09.05.2020    çap et  çap et