525.Az

Faşizmə qarşı vuruşmuş soydaşlarımızın xatirəsi Vyanada yad edildi


 

Faşizmə qarşı vuruşmuş soydaşlarımızın xatirəsi Vyanada yad edildi<b style="color:red"></b>

İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid övladlarının əziz xatirəsi faşizm üzərində Qələbənin 75 illik yubileyi münasibətilə mayın 9-da Vyanada ehtiramla yad edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşları Qələbənin əldə olunması üçün həm ön, həm də arxa cəbhədə vuruşan, bu yolda canından keçən soydaşlarımızın xatirəsini yad etmək üçün Vyanadakı xatirə komplekslərini ziyarət ediblər.

Mərasim iştirakçıları Vyana mərkəzi qəbiristanlığında İkinci Dünya müharibəsində həlak olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidə önünə, Vyananın mərkəzi meydanlarından olan Şvartsenberqplatsda Avstriya paytaxtının faşist işğalçılarından azad edilməsində şücaət göstərmiş əsgərlərin şərəfinə ucaldılmış abidə-kompleks önünə əklil qoyub və onların ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

 





09.05.2020    çap et  çap et