525.Az

Rəşad Məcid "Xəzər" TV-nin efirində Şuşa ilə bağlı şeir dedi - Video


 

Rəşad Məcid "Xəzər" TV-nin efirində Şuşa ilə bağlı şeir dedi - <b style="color:red">Video</b>

"525-ci qəzet"in baş redaktoru, şair Rəşad Məcid "Xəzər" TV-nin efirində Şuşa ilə bağlı şeir deyib.

525.az xəbər verir ki, Şuşanın işğal gününə həsr olunmuş proqramda yazıçıların Şuşa haqqında fikirlərindən sitat gətirən Rəşad Məcid həm də tanınmış tərcüməçi, şair Səyavuş Məmmədzadənin "Şuşanı qar gördüm" şeirini səsləndirib. 

R.Məcidin sözlərinə görə, şeiri ilk dəfə 1986-cı ilin yayında, Şuşada, Vaqif Poeziya Günlərində müəllifin dilindən eşidib. Elə o vaxtdan da yaddaşına həkk olunub:

"Şeirin ab-havası, sirli hüznü o zamandan hafizəmə hopub. Bu şeir həmişə mənə Şuşanın sehirli ovqatını yaşadır".

Rəşad Məcid şeiri TV-dən telefonun yaddaşına köçürən şuşalı oxucuya təşəkkürünü də bildirib.

 





09.05.2020    çap et  çap et