525.Az

İran saytı ulu öndər Heydər Əliyev barəsində məqalə dərc etdi


 

İran saytı ulu öndər Heydər Əliyev barəsində məqalə dərc etdi<b style="color:red"></b>

İranın Hamnava.ir saytında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar məqaləyə yayılıb.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü tamam olur” adlı məqalədə Ümummilli Liderin həyatı və siyasi fəaliyyəti haqqında oxuculara geniş məlumat verilir.

Qeyd edilir ki, Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusudur. Məhz onun siyasi fəaliyyətinin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən ölkəsinə çevrilib. Heydər Əliyev xalqın təkidli tələbi ilə müstəqil Azərbaycana rəhbərliyə başladıqda, ilk növbədə, atəşkəs rejiminə nail olaraq minlərlə gəncin həyatını xilas etdi. Onun əsasını qoyduğu neft strategiyası nəticəsində Azərbaycana xarici sərməyə axını başladı. Dünyanın ən nüfuzlu şirkətləri Azərbaycan iqtisadiyyatına külli miqdarda sərmayə yatırdılar. Azərbaycan inamlı inkişaf yoluna qədəm qoydu.

Materialda Ulu Öndərin şəxsi keyfiyyətlərinə də toxunulub. Qeyd olunub ki, ictimai-siyasi həyatın bütün sahələrinə dərindən bələd olan Heydər Əliyevin xalq arasında olduqca böyük nüfuzu var idi. Bu gün də Azərbaycan xalqı Heydər Əliyevin əziz xatirəsini uca tutur, hər il onun ad gününü bayram kimi qeyd edir.

 





10.05.2020    çap et  çap et