525.Az

Çin adətləri necə də gözəldir - Araşdırma


 

Çin adətləri necə də gözəldir - <b style="color:red">Araşdırma </b>

Londonda gigiyena və tibbi davranış üzrə alim Val Kertis "Baxmayın, toxunmayın!" adlı kitabında əllərdən, yanaqlardan öpməyin, deməklə artıq öz rəyini dünyaya bildirib.

 
Təcrübə göstərir ki, qədim adətlərə söykənən səmimi görüşlər, məsələn: öpüş, əl görüşləri yaxın münasibət yaratmaqla yanaşı ictimai sağlamlığa aid problemlərindən asılı olaraq həm də mikrobları bölüşmək, onları paylaşmaq kimi təhlükə yaradır.





İnsanlarda davranış qaydalarına xüsusi maraq göstərən professor Val Kertis qədim dövrlərdə müəyyən norma və davranış qaydalarının mövcud olduğunu bildirib. Və qeyd edib ki, müasir formada bu sözü ilk dəfə Fransa Kralı Luisin XIV əsrdə qonaqlarını öz sarayında qarşılayarkən kartların, etiketlərin necə istifadə olunduğunu onlara nümaiş etdirərək tətbiq edib.




Doğrudan da, öpüşüb görüşmək nəyə lazımdır? Səmimiyəm deyib, bir az da ağzının içinə mikroblarını ötürməli deyilsən ki.


Yaxşı, bəs belə quru-quru gəlib-getmək, “əleykümsalam” deməklə qarşındakı nə biləcək ki, sən ona kin bəsləyirsən yoxsa sevgi, hörmət, ya ehtiram. Vallah baş açmıram. Öpüşüb-görüşmək siyasətinin özəyini axtarıb-axtarıb, eşirəm, yenə də Çin siyasətinə, onların adətlərinə rast gəlirəm. Görünür, öpüşməyin faydalı olması köhnə dəbə çevrilib. İndi ancaq mə-sa-fə e-e, məsafə!!! Gör nə gözəl, nə qəşəng, gül kimi “Nǐ hǎo” deyib, çinlilər əllərini bir-birinə sıxar, öz hörmətini, sevgisini artıqlamasıla bildirirlər. Hələ üstəlik başını əyib-qaldıranda altdan-altdan baxıb, kin saxladıqları adama da çox gözəl şəkildə işarə verir ki, bax ha... qardaş, mənim səndən gözüm su içmir (yaxud da tərsinə).


1920-ci ildə “Amerikan tibb bacılarının jurnalı”nda (American Journal of Nursing) əllərin bakteriya ötürmə agenti olduğunu xəbardar edən çox sayda məqalələr çap olunub və bu jurnalda amerikalılara Çin adətlərini — yəni, insanlar salamlaşan zaman öz əllərini bir-birinə sıxmağı hələ o zamanlar tövsiyə etmişdilər.


“Çində salamlaşarkən baş əyən zaman əl bədən boyu uzadılır. Bir birinə yapışdırılan əl həm birliyi, həm də salam verən şəxsin humanistliyini göstərir. Belə ki, baş əydiyi vaxt sinədən aralı bir-birinə əl yapışdırmaqla salam verən həm də “Mən mərhəmətliyəm” jestini edir.


Qədim Şərq döyüş növlərindəki mübarizədən əvvəl və sonra edilən məşhur salamlaşma isə “mən həm mərhəmətliyəm, həm də güclüyəm” anlamını daşıyır. Yəqin xatırladız,  həmin salamlaşmada sol əl düz və açıq  halda yuxarı qaldırılır, sağ əlin yumruğu isə açıq sol əlin içinə vurulur. Burada açıq əl mərhəmətliyin, yumruq isə  gücün simvoludur”. (Moderator.az, Maraqlı salamlaşma ADƏTLƏRİ - Dil çıxaranlar, üzə tüpürənlər, burun sürtənlər... )


Vəziyyət o yerə gələcək ki, cəmiyyət hissələrə bölünəcək.



 

“Dell Medical School”da İnteqrasiya və əməliyyatlar şöbəsinin müdiri Stuart Volfun "elmi fantastika distopiyası"nda qeyd etdiyi kimi cəmiyyət toxuna bilinənlər və təcrid olunanlar sırasına ayrılacaq. Onun sözlərinə görə, bu ağır psixoloji nəticələr yarada bilər. Həm də o, qeyd edir ki, son zamanlar onsuz da diqqətimiz cəmiyyətdə gənc və güclü əhali ilə zəif və yaşlılar arasında olan fərqə köklənib. Belə hallar əlbəttə ki, bəzi insanlarda, xüsusən də zəif və yaşlılarda psixoloji sarsıntı yaradır.


Fiziki cəhətdən əl sıxmaq amerikalıların tarixində dərin məna daşıyır. Bu onlarda artıq köklü bir adətdir. ABŞ prezidenti müxtəlif səbəblərdən dolayı ildə 65 min insanın əlini sıxır. Bu da bir əsas faktdır. Görəsən, vəziyyət ağırlaşarsa, belə davam edəcəkmi?

Prinston Universitetinin psixologiya və ictimaiyyətlə əlaqələr üzrə professoru Elke Viber öz tədqiqatlarında insanların riskləri üzrə araşdırmalar aparır. O, deyir ki, adət olmuşlar daha ağır ölürlər. “Lakin, digər tərəfdən, sosial, iqtisadi və bu vəziyyətdə səhiyyə kontekstində dəyişikliklər edildikdə, adətlər dəyişər. Yəni? “Çində məcburi hərəkətlər etməyi unutmayın!”— (“Nǐ hǎo”) 
 



Viber, “nə qədər çətin olursa olsun, əl sıxmadan və toxunmadan qalmaq, alternativ yol tapmaq lazımdır”.


"Düşünmürəm ki, insanlar buna kəskin reaksiya verəcəklər və yaşamaq, sağ qalmaq üçün layiqincə səy göstərməyə çalışarlar. Çünki, buna çalışmaq vacib stimuldur.  Alternativ yol, bildiyimiz kimi həyata qayıtmaq və çox sayda yaşlı insanların, kilolu və yoluxucu xəstəlikləri olan insanların toxunulmazlığını təmin etməklə ölüm riskinin qarşısını almış oluruq ki, bunu uzun müddət etmək məcburiyyətindəyik.


Göründüyü kimi, artıq bir-birindən fərqli kantakt variantlar üzə çıxır. Məsələn, dərin ehtiram və razılığı bildirən başəymə metodu. Taylandakı bu ehtiram əlaməti dünyada koronavirus səbəbindən ölümlə mübarizədə əsas fakt kimi hesab edilir. Daha sonra fiziki təmas qurmayan gülümsəmə metodu, saysız-hesabsız əl işarələri və s.





Hələlik cəmiyyətdə yumruqları görüşdürmək, dirsəkləşmək kimi qeyri standart görüş növləri ümumi razılaşdırıla bilər. Belə görüşlər baş verdiyi zaman, intuitiv dostluğa qarşı necə mübarizə apardıqları barədə mənəvi və daxili məlumatlar ötürmək imkanını yaradır. Bu fikri isə Harvard Universitetinin psixologiya üzrə professoru Stiven Pinker deyib. O, bunla bağlı məlumatı universitetin rəsmi xəbər saytlarının biri – “Harvard Gazette”də dərc edib.


“Zənnimcə, bu görüş jestləri insanlarda təbbəssüm yaradacaq, eyni zamanda pandemiya dövründə ruhən bir-birinə dəstək və təhlükəsizliyin 100 faiz qaransiyasını təmin etdirəcək”.


Eradicating Tuberculosis: Deliana Garcia at the United Nations ...
 

Deliana Garcia İctimai səhiyyə, o cümlədən, yoluxucu xəstəliklər sahəsində gördüyü işlərdən belə qənayətə gəlib ki, insanlarla əl təmasından imtina etmək vacibdir. Lakin bildirib ki, bəzi vərdişləri pozmaq pis vərdişlərdən daha çətindir.


Fantastik xanım olduğunu qeyd edən Garcia 85 yaşlı anası ilə sosial əlaqələrin xüsusilə çətin olduğunu bildir. “O, mənə bu qədər yaxın ikən, ona yaxınlaşıb, kiçik yanağından öpmək və nə qədər çox sevdiyimi söyləmək istəyirəm. Lakin bu güclü motivasiya, xətəliyi bir birinə ötürmə qorxusu məni saxlayır.


Hətta o, yaxınlaşdıqca, özümü narahat hiss edirəm - onu xəstə etsəm mən nə edərəm? Buna görə ondan bir qədər uzaq dururam. Baxmayaraq ki, özümə güvənmək üçün Onun bir toxunuşa ehtiyacım var və buna baxmayaraq yaxınlaşmasına imkan verə bilmərəm”. 
 




“Təvazökar əlsıxışmağından hələ imtina etməyin!” – Texas Universitetinin Psixologiya kafedrasının professoru Artur Markmanın sözlərinə görə, xəstəlikdən qorunmaq insanın yaşamasının ayrılmaz hissəsidir. “Yəqin ki, üzə toxunmamaq və toxunmaqdan imtina etməmək üçün daha müntəzəm şəkildə əl yumalıyıq, əl təmizləyicilərinə və strategiyalarına diqqət ayırmağa başlamalıyıq”.  Onun sözlərinə görə, bunu etmək daha vacibdir.

Biz isə hazırda yeni bir təcrübə yaşamaq məcburiyyətindəyik. Distansıyanı qorumaq və toxunmamaq göstərişi əməl etməliyik. Təbii ki, bunu insanlarla münasibət quran zaman biruzə vermədən etməliyik. Əsas problem də elə budur.


TURAN RƏHİMOVA
Veb-jurnalist

 





10.05.2020    çap et  çap et