525.Az

Anadolu Agentliyi “Azərbaycanın memarı Heydər Əliyev” sərlövhəli məqalə yayıb


 

Anadolu Agentliyi “Azərbaycanın memarı Heydər Əliyev” sərlövhəli məqalə yayıb<b style="color:red"></b>

Türkiyənin Anadolu Agentliyi ümummilli lider Heydər Əliyevin zəngin mənalı həyat yolu barədə geniş məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə həm keçmiş sovetlər birliyi vaxtında, həm də müstəqillik dövründə xalqının tükənməz sevgisini qazanan Heydər Əliyevin xatirəsinin Azərbaycanda “Ümummilli Lider” adı ilə yaşadıldığı diqqətə çatdırılır. Xalqın böyük oğlunun çətin, məsuliyyətli və şərəfli ömür yolu, tarixi missiyası barədə türkdilli oxuculara ətraflı məlumat verilir. Bildirilir ki, keçmiş SSRİ-də hakimiyyətin ali səviyyəsində təmsil olunan Heydər Əliyev dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə yaranan mürəkkəb bir şəraitdə siyasi hakimiyyətə gələrək, xilaskarlıq missiyası həyata keçirib. Siyasi hakimiyyətə qayıdışından sonra o, ilk növbədə, ordu quruculuğuna üstünlük verib. Aparılan uğurlu əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində irəliləməsinin qarşısı alınıb.

Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı məlumatları oxucularla bölüşən müəllif dahi şəxsiyyətin sovetlər birliyində tutduğu vəzifələrdən istefa verməsi, Azərbaycana qayıdışı, Naxçıvanın rəhbəri seçilməsi, Yeni Azərbaycan Partiyasını qurması, nəhayət, xalqın tələbi ilə siyasi hakimiyyətin ağırlığını çiyinlərinə alması və sonrakı prosesləri müfəssəl şəkildə qələmə alıb.

Yazıda, həmçinin ümummilli lider Heydər Əliyevin uzaqgörən neft strategiyasından bəhs olunur. Bildirilir ki, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” və Ulu Öndərimizin müəyyən etdiyi balanslaşdırma siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Başda Türkiyə olmaqla, Rusiya, ABŞ, həmçinin türkdilli ölkələrlə yüksəksəviyyəli münasibətlər qurulub.

Diqqətə çatdırılıb ki, gördüyü əhəmiyyətli işlərlə xalqın etimadını qazanan ulu öndər Heydər Əliyev böyük səs çoxluğu ilə prezident seçilib və bununla da Azərbaycanın inkişafının yeni mərhələsi başlayıb.

 





10.05.2020    çap et  çap et