525.Az

Moldova mətbuatında ulu öndər Heydər Əliyevlə bağlı məqalə dərc edilib


 

Moldova mətbuatında ulu öndər Heydər Əliyevlə bağlı məqalə dərc edilib<b style="color:red"></b>

Moldovanın bir sıra mətbuat orqanlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, “tribuna.md”, “bloknot”, “realitatea.md” portallarında dərc edilən məqalədə Azərbaycanın Moldovadakı səfiri Qüdsü Osmanovun Ulu Öndər haqqında fikirləri geniş yer alıb.

Məqalədə qeyd edilir ki, ümummilli lider Heydər Əliyev böyük şəxsiyyət, istedadlı və cəsarətli siyasi xadim, ölkəsinin və xalqının böyük vətənpərvəridir. Bütün həyatı və fəaliyyəti yaşadığı xalqla yanaşı keçib. Ulu Öndər Azərbaycanda ikinci dəfə hakimiyyətə gələrək, ölkəni böhrandan çıxardı, onun uğurlu inkişaf yolunu müəyyənləşdirdi.

Səfir Ümummilli Liderin istər Moskvada yüksək vəzifədə çalışdığı, istərsə də Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin iqtisadi və siyasi inkişafı üçün gördüyü misilsiz xidmətlərdən də danışıb. Bildirib ki, Ulu Öndərin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ərazisinin 20 faizinin işğal edilməsinə, əhalisinin 1 milyondan çoxunun qaçqın və məcburi köçkün düşməsinə baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində regionun lider dövlətinə çevrilib.

Diplomat Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi, enerji layihələri barədə də ətraflı məlumat verib. Həmçinin qeyd edib ki, dövlətimizin başçısı dünyada hökm sürən yeni koronavirus infeksiyasının Azərbaycanda yayılmasına qarşı çox səmərəli mübarizə apardı. Beynəlxalq təşkilatlar Azərbaycanın bu sahədəki işini yüksək qiymətləndirib.

 





10.05.2020    çap et  çap et