525.Az

Koronavirusa yoluxanların sayı 2500-ü keçib: 1650 nəfər sağalıb


 

Koronavirusa yoluxanların sayı 2500-ü keçib: <b style="color:red"> 1650 nəfər sağalıb</b>

İndiyə qədər Azərbaycanda 2519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Nazirlər Kağbineti yanında Operativ Qərargahdan verilən məlumata görə,  onlardan 1650 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 193.411 test aparılıb.

 





10.05.2020    çap et  çap et