525.Az

Tbilisidə Heydər Əliyevə həsr olunan konfrans təşkil edildi


 

Tbilisidə Heydər Əliyevə həsr olunan konfrans təşkil edildi<b style="color:red"></b>

Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü Gürcüstanda da qeyd edilib.

AZƏRTAC xəbər verir ki, mayın 10-da Azərbaycanın Gürcüstandakı səfirliyində Ümummilli Liderə həsr olunmuş konfrans keçirilib.

Tədbirdə səfir Dursun Həsənov və səfirliyin əməkdaşları, “SOCAR Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov, Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamları və azərbaycanlı icmanın nümayəndələri iştirak ediblər.

Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunandan sonra Dursun Həsənov çıxış edərək bildirib ki, bu gün bütün Azərbaycan xalqı müstəqil Azərbaycan dövlətçiliyinin banisi olan Heydər Əliyevin doğum gününü qeyd edir. Diplomat Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib, Ulu Öndərin xalqımız qarşısındakı xidmətlərindən söz açıb. Bildirib ki, dünya azərbaycanlılarının və bütün türk dünyasının liderlərindən olan Heydər Əliyev Azərbaycan xalqının tarixində dərin iz qoyub. “Əsrin müqaviləsi”nin imzalanması, yeni Konstitusiyanın hazırlanması, bir sıra irimiqyaslı regional enerji layihələrinin reallaşması onun gərgin əməyinin bəhrəsidir.

Səfir Heydər Əliyevin Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında xüsusi rolu olduğunu bildirib. O deyib ki, “Əsrin müqaviləsi”nin imzalanması zamanı Heydər Əliyevin mühüm enerji layihələrinin Gürcüstan ərazisində keçməsini təklif etməsi onun Gürcüstanla əlaqələrə verdiyi önəmin göstəricisidir.

 





10.05.2020    çap et  çap et