525.Az

Sankt-Peterburqda Heydər Əliyevin xatirəsi anıldı


 

Sankt-Peterburqda Heydər Əliyevin xatirəsi anıldı<b style="color:red"></b>

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, mayın 10-da Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov və konsulluğun əməkdaşları dahi lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar Qoroxovaya küçəsi, 6 ünvanında, görkəmli siyasi və ictimai xadimin şərəfinə qoyulmuş xatirə lövhəsinin qarşısına toplaşmışdılar. 1949-1950-ci illərdə Heydər Əliyevin təhsil aldığı SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin ali məktəbi o dövrdə bu binada yerləşirdi.

Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 97-ci ildönümü günündə mərasimə toplaşanlar Heydər Əliyevin barelyefi önünə tər güllər düzüblər.

 





10.05.2020    çap et  çap et