525.Az

Alimimiz beynəlxalq layihənin diplomuna layiq görüldü


 

Alimimiz beynəlxalq layihənin diplomuna layiq görüldü<b style="color:red"></b>

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl Rusiya Federasiyası Elmi ictimai təşkilatının “İnterclover” beynəlxalq layihəsinin diplomu ilə təltif edilib.

Tədqiqatçı alim 15 aprel 2020-ci il tarixdə Elmi-Tədqiqat və tədris-metodiki müəsissə əməkdaşlarının və ali məktəb müəllimlərinin iştirak etdiyi müsabiqəyə “Naxçıvan və Şərqi Anadolu dialekt və şivələrində sözyaradıcılığı problemi” adlı ingilis dilində monoqrafiyasını layihə şəklində təqdim edib.

Beynəlxalq müsabiqənin bu günlərdə açıqlanan nəticələrinə görə Zülfiyyə İsmayıl dilçilik və ədəbiyyatşünaslıq sahəsində II dərəcəli diploma layiq görülüb.

 





11.05.2020    çap et  çap et