525.Az

Ömrünü xalqına və dövlətinin qorunmasına bəxş edən general!


 

Ömrünü xalqına və dövlətinin qorunmasına bəxş edən general!<b style="color:red"></b>

Milləti millət edən onun parlaq nümayəndələridir. Belə insanlardan biri Böyük Vətən Müharibəsi illərində ailəsi ilə birlikdə şərəfli yol keçən vətənpərvər ruhlu general-mayor Bahadur Məmmədqulu oğlu Hüseynovdur. Bahadır Hüseynov 1921-ci ilin dekabrın 15- anadan olub. Qarşıdan gələn doğum günü ərəfəsində onun şərəfli həyat yollarını xatırlamaq, daima fəal olmasının fəlsəfi formulasını təhlil etmək yerinə düşərdi.

Onun həyat fəaliyyəti daima xalqına dövlətinə xidmət göstərməkdən ibarət olub. Hələ sovetlər dövründə, Böyük Vətən Müharibəsi illərində ümumimilli liderimiz, mərhum Heydər Əliyevlə  birlikdə uzun müddət çiyin-çiyinə çalışan Bahadur Hüseynov, Azərbaycan oğullarına xas olan tərzdə, müharibədə ağır yaralanmasına baxmayaraq şücaətli Sovet-Sərhəd qoşunlarının zabiti olaraq 1941-ci ildən 1960- ilə qədər şərəfli yol keçib.

1941-ci illərdən başlayaraq, Sovet dövlətinin sərhədlərinin qorunması çox ağır bir zamana təsadüf etdiyindən, Qara dənizdən Xəzər dənizinə kimi olan sərhədlərimiz onun nəzarəti altında qorunmasını xatırladıqda, dogurdan da azərbaycanlı olmağımızla fəxr edirik.

Tiflisdə yerləşən Sovet Sərhəd Qoşunlarının komandanlığında xidmət etdiyi müddətdə birneçə xarici dövlətin kəşfiyyat orqanlarının ölkəmizə qarşı pozuculuğuq niyyətlərilə göndərilən agentlərin tutularaq ifşa olunmasında Bahadur Hüseynovun fəal iştirakı olub.

Bahadur Hüseynov ordu sıralarında əla xidmət göstərdiyindən 1960- ildə, Azərbaycan DTK-sinin (Təhlükəsizlik Nazirliyinin) əməliyyat şöbəsi rəhbərliyinin tələbi sorğusu ilə sözügedən qurumda işləməyə dəvət olunur.

10 il sonra, ölkəmizə rəhbərik etməyə başlayan Heydər Əliyevin qərarı ilə Naxçıvan Muxtar Respublikası DTK-sinin sədri vəzifəsinə təyin edilir. Həmin ildən Naxşıvan O.B.K.O.M- Partiyasının büro üzvü seçilərək ardıcıl olaraq 3 dəfə Naxçıvan Ali Sovetinin deputatı seçilib.

1976- ildən, Azərbaycan Respublikasının rəhbərliyi şəxsən Heydər Əliyevin göstərişi  ilə Azərbaycan DTK-sinin 1-ci müavini vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq o, Bakıya qayıdır.

Bahadur Hüseynov işlədiyi müddətdə ona tapşırılan vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacardığına görə, 1978-ci ildə general-mayor rütbəsinə layiq görülür. O, bu yüksək rütbənin ona şəxsən Heydər Əliyev tərəfindən təqdim olunmasından qürurlandığını bildirir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə əsl çekist xarakterli tələbkarlığı ilə seçildiyindən, bütün məsələlərə dəqiq yanaşdığından onunla hər adam asanlıqla işləyə bilmirdi.

Heydər Əliyevin rəhbərliyi, Bahadur Hüseynovun da iştirakı ilə dövlət əhəmiyyətli bir çox vacib siyasi hətta təxribat xarakterli məsələlərin vaxtında qarşısı alınaraq həll olunur.

1980- ildə o vaxtkı Stepanakertdə (Xankəndi) kolxoz sədri Adamyanın öldürülməsini bəzi qüvvələr milli zəmində guya azərbaycanlılar tərəfindən həyata keçirildiyini iddia edirdi. Lakin bu cinayətin təcili olaraq açılmasının vacibliyi nəzərə alınaraq Azərbaycan Respublikasının o vaxtkı rəhbərliyinin göstərişi ilə Bahadur Hüseynov daxili işlər nazirinin müavini Kamil Məmmədovun rəhbərlik etdiyi istintaq qrupu  Stepanakertə gedərək tədqiqata başlamış bir neçə gün gecə-gündüz çalışmaları nəticəsində bu ağır cinayətin üstü açılmışdı. Hadisəni çaxır zavodunun direktoru olan Paqosyanın törətdiyi sübut olunmuş o, cinayət məsuliyyətinə  cəlb edilmişdi. Millətlər arasına nifaq salmaq istəyən "yanların" o vaxtkı siyasi xarakterli növbəti bəd niyyətləri Azərbaycan Respublikasının çekistləri tərəfindən vaxtında puç edilmişdi.

Ermənilər xalqımıza qarşı olan xain niyyətlərini hələ sovetlər dövründə ayrı-ayrı üsullarla həyata keçirməyə can atırdılar. Lakin ölkə rəhbərliyinin əzmkar çalışmaları nəticəsində bir çox belə təxribatların qarşısı dəfələrlə yerindəcə alınmışdı.

1975-ci ildə Bakı şəhərinin Nərimanov prospektində sərnişin avtobusunun partladılması bütün Sovet respublikalarının təəccübünə səbəb olan qaranlıq məqamlar yaradırdı. Lakin az müddət ərzində bu hadisəni törədən Spartak ləqəbli erməni ifşa olunaraq cinayətə cəlb edildi.

1983- ildə Moskvada dəfn mərasimində Heydər Əliyevlə görüşən Bahadur Hüseynova Bakıda Opera Balet Teatrının binasında yanğın törədilməsi xəbəri çatdırıldıqda Heydər Əliyevin göstərişi ilə Bahadır Hüseynov təcili olaraq Bakıya qayıdır. Az müddətdə, 3 gün ərzində bu təxribat xarakterli cinayəti törədən Avanesyan adlı erməninin olduğu təsdiqlənmişdir.

Bahadur Hüseynov işlədiyi müddət ərzində tutduğu vəzifələrin məsuliyyətini əvvəlcədən dərk etdiyindən hər bir sahədə olduğu kimi, hərdən öz düşüncələrinə tənqidi nöqteyi-nəzərindən yanaşması, ona daim uğurlar qazandırdır. Onun fədakarcasına Vətəninə xidmət göstərməsi xalqımız tərəfindən yüksək qiymətləndirilib. O, 4 ordenlə, 30 medalla, Rusiya DTK-sinin 3 fərqlənmə döş nişanı ilə, 80 təbrik fəxri fərmanla təltif olunmuşdur.  Leonid Brejnevin Bakıya səfəri zamanı "Brejnev" qol saatı ilə  mükafatlandırdığı Azərbaycanın üç fəal dövlət xadimi arasında Bahadur Hüseynov da olub.

O, xalqına xidmət göstərməklə keçdiyi bütün bu şərəfli məsafələri, həyat yoldaşı, DTK-nin zabiti olmuş mərhum Məryəm xanım Hüseynova ilə birlikdə qət edib. bu ailəni vətənpərvər ruhlu qəhrəmanlıq salnaməsi yazan saf zabitlər ailəsi kimi tarixə salıb. General Bahadur Hüseynovun məsləhəti ilə həyat yoldaşı Məryəm xanım da Böyük Vətən Müharibəsi illərində fəal çalışıb. O, L.Şmidt adına zavodda qadınlardan ibarət işçi briqada yaratmış, silah-sursat kiçik çaplı tanklar hazırlayaraq müharibəyə "peredavoya" yola salaraq cəbhədə döyüşən əsgərlərimizin silah-sursatla təmin olunmasını təşkil etmişdi.

Azərbaycanımızın belə şücaətli qadını general Bahadur Hüseynovlar ailəsinin fədakarlığı barədə rus mətbuatında da dəfələrlə fərəhləndirici məqalələr dərc olunmuşdur.

Bu gün biz, əcnəbi müharibə veteranları ilə görüşərkən bu vətənpərvər ailə haqqında xoş təəssüratlar maraqlı xatirələr söylənilməsinin canlı şahidləri oluruq. Böyük Vətən Müharibəsi illərində Bahadır Hüseynovun həyat yoldaşı Məryəm xanım Hüseynovanın L. Şmitd zavodunda göstərdiyi şücaətin miqyası geniş olduğundan 2001-ci ildə Rusiyanın o vaxtkı  prezidenti Boris Yelsinin əmri ilə təkrarən təltif medalla təltif olunur. Medalın şəxsən Məryəm xanıma təqdim olunması məqsədi ilə Moskvadan Bakıya xüsusi olaraq iki nəfər göndərilir. Əfsuslar olsun ki, Məryəm xanım artıq həyatda olmadığından göndərilən qiymətli mükafat onun ailəsinə təqdim olunur.

Əlbəttə belə bir hadisəni yaşamaq bu ailənin doğmaları üçün qədər ağır olsa da, bir o qədər fərəhləndirici sayılmalıdır. Ona görə ki, həyatın qanunlarından qaçmaq mümkün deyil! Belə hadisələrin dəfələrlə şahidi olduğumuzdan elə nəticəyə gəlinir ki, biz azərbaycanlılar öz qəhrəmanlarımızı sağ ikən qiymətləndirməyi bacarmalı nümunə götürməliyik. Hansı ki bu gün müharibə şəraitində yaşayan xalqımıza dövlətçiliyimizin torpaqlarımızın  qorunmasında belə tarixi nümunələr, gənclərimizin tərbiyəsi üçün hava-su kimi vacib olan əsas mənbədir.

Xalqımızın sevimli vətənpərvər oğlu general-mayor Bahadur Hüseynov hər zaman hər sahədə aktiv olduğu kimi, yaşa dolduqdan sonra da, ahıl yaşlı veteran vətəndaşlarımıza vacib olan işlər həyata keçirdi. O, veteranlara dövlət qayğısının daha da gücləndirilməsi məqsədi ilə mərhum general Mustafa Nəsirovla birlikdə respublikamızın o vaxtkı rəhbərləri ilə məsləhətləşmələr apararaq, nəhayət 1987-ci ildə Respublika, Müharibə, Əmək Silahlı Qüvvələr Veteranlarının Birliyinin yaradılmasına nail oldu.

1993- ildə, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Böyük Vətən Müharibəsi iştirakçılarına dövlət qayğısı bərpa olundu. O vaxtdan başlayaraq Böyük Vətən Müharibə iştirakçıları dəfələrlə layiq olduqları yüksək orden adlarla təltif olundular. Bu ədalətli missiya hazırda İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilir. Hər il Böyük Vətən Müharibəsinin iştirakçıları ilə görüşlər təşkil etməklə, veteranlarımızı fəxri adlar, qiymətli hədiyyələrlə sevindirir. O cümlədən Bahadur Hüseynov 90 yaşı münasibəti ilə olaraq "Şöhrət" ordeni ilə təltif edilib. Belə yanaşmalar dövlətçiliyimizin mentalitetimizin qorunmasına xidmət edən, gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəlməsinə formalaşmasına yönələn bir addımdır.

Bahadur Hüseynovun Respublika Veteranlar Şurasının sədri vəzifəsində fəaliyyətə başlaması, müstəqillik qazanan ölkəmizdə iqtisadiyyatın tam formalaşmadığı bir dövrə təsadüf etdiyindən, müvəqqəti maddi çətinliklərlə üzləşən veteranlarımıza köməklik məqsədi ilə şuranın sədri Bahadur Hüseynov öz şəxsi məvacibinin hesabına aztəminatlı işçilərə veteranlara hər ay maddi yardım göstərilməsi haqda sərəncam imzaladı. O, sədr işlədiyi müddət ərzində sonralar da həmin sərəncamın qüvvədə qalaraq daima həyata keçirilməsinə nail oldu. B.Hüseynovun bu humanistliyi məmurlara  öz  xalqına  ədalətlə  xidmət  göstərmələrinin  vacibliyini aşılayan  ağsaqqal nümunəsidir.

Müasir Azərbaycanın memarı, ümummilli liderimiz Heydər Əliyev zəmanəsinin yadigarlarından olan, Azərbaycanımızın fəxri canlı ensiklopediyası, biz veteranların da dayaq nöqtəsi olan Bahadur Hüseynov şəxsiyyəti bugünkü gələcək gənc nəsillər üçün bir məktəbdir.      

 

Nazim SALAHOV
Yasamal rayon Ərazi ilk Ağsaqqallar Şurasının sədri,

Almaz QASIMOVA
 Respublika Veteranlar Şurası, Yasamal
Müharibə, Əmək veteranlar təşkilatının sədri,

Bəhram ŞEYDAYEV
müharibə veteranı

 





13.12.2013    çap et  çap et