Dekabrın 20-də Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evində "Azərbaycan Gecəsi" təşkil olunacaq.
Almaniya Azərbaycan Mədəniyyət Evindən 525.az-a daxil olan məlumata görə, gecəni təşkil etməkdə məqsəd Almaniyada yaşayan digər xalqlara milli mədəniyyətimizin zənginliklərini göstərməklə yanaşı müxtəlif səbəblərdən bir birilərini tanımayan, bir birindən uzaq düşən soydaşlarımızı tanış etmək, Almaniyada doğulub böyüyən gənclərimiz arasında tanışlıq əlaqalərinin qurulmasını təşkil etməkdir.
Gecədə Almaniyada tanınmış soydaşımız müğənni Füzuli Azərbaycan musiqiləri ifa edəcək. Həmçinin gecədə Köln Knservatoriyasında iştirak edən tələbələrin musiqi nömrələrinin ifası da nəzərdə tutulur. Gecədə Azərbaycanın xalq musiqiləri, muğam, estrada musiqiləri, eyni zamanda gecədə Azərbaycan mətbəxinin ləziz yeməkləri təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Evi 2013- cü il noyabr ayından rəsmi fəaliyyətə başlayıb və artıq Azərbaycan mədəniyyətinin təbliği istiqamətində tədbirlərə start verib.
Ünvan:Solinger str 1. 51103 Köln, Deutschland
çap et