525.Az

Xaricdəki azərbaycanlılar nə vaxt ölkəyə gətiriləcəklər?


 

Xaricdəki azərbaycanlılar nə vaxt ölkəyə gətiriləcəklər? <b style="color:red"></b>

“Ölkədəki vətəndaşların və xaricdən gətirilən azərbaycanlıların sağlamlıqları təmin etmək üçün xaricdən gətirilənlər 4-5 ulduzlu otellərdə karantinə yerləşdirilir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, məqsəd koronavirusla bağlı yeni ocaqların qarşısının alınmasıdır:

“18-31 may tarixlərində xaricdə olan azərbaycanlılar xüsusi çarter reysi ilə Azərbaycana gətiriləcək. MDB və Avropa İttifaqı ölkələrindən, habelə Avropada yerləşən ölkələrdən Azərbaycana çarter reysi həyata keçiriləcək”.

 





13.05.2020    çap et  çap et