525.Az

İtaliyada koronavirusa yoluxanların yarıdan çoxu sağalıb


 

İtaliyada koronavirusa yoluxanların yarıdan çoxu sağalıb<b style="color:red"></b>

İtaliyada pandemiya dövründə koronavirusa yoluxanların yarıdan çoxu sağalıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliya Mülki Müdafiə Departamentinin məlumatında bildirilib.

Qeyd edilib ki, koronavirusa yoluxan 222104 nəfərdən 112541-i sağalıb.

Eyni zamanda, son sutkada 888 nəfər yoluxduğu halda 3502 nəfər sağalaraq sərbəst buraxılıb.

Gün ərzində 195 nəfər koronavirusdan dünyasını dəyişib, ölənlərin ümumi sayı 31106 nəfərə çatıb.

 





13.05.2020    çap et  çap et