525.Az

Təbiət də gələcək qalibləri himayə edir (davamı)


 

(Tarixi hadisələrə belə rakursdan baxış)

Təbiət də gələcək qalibləri himayə edir <b style="color:red">(davamı)</b>

Müharibənin gedişinə nəticəsinə təsir edən faktorlar sırasında təbiətin, stixiyanın rolunu da qeyd etmək lazımdır. Əgər dənizdəki qabarma çəkilmə Ayın Günəşin cazibə qüvvəsinin təsiri ilə baş verirsə, niyə xalqlar arasındakı müharibə adlanan problemin həllində təbiət ona yaraşmayan laqeyd seyrçi rolunu oynamalıdır? Axı hətta qədim dövrlərdə   iqlimin insan həyatında mühüm rol oynadığını başa düşürdülər. Böyük yunan tarixçisi Herodot səkkiz ay qışı olan şimalda yaşayan hiperboreylər haqqında yazırdı ki, onların ölkəsində soyuğa dözə bilmədiyindən at da saxlamırlar. Təəssüf ki, iki mindən çox bir müddət keçdikdən sonra belə, ən cəsur adamlar, böyük kəşflərə girişənlərtarixin atasınınsözaltı xəbərdarlığından nəticə çıxarmayıb, iqlimin sərtliyinə , ehtiyat tədbirlərinə məhəl qoymadan özlərini birbaşa təhlükəyə atmaqdan da çəkinməmişlər.

 

 

3.Təbiətin müdaxiləsi nəticəsində səyyahın  dənizçinin macəraları  

 

1910-cu ilin iyununda ingilis donanma zabiti tədqiqatçısı Robert Falkon Skott Cənub qütbünü kəşf etmək üçün Antarktidaya özünün məşhur olan, lakin bədbəxtliklə nəticələnən ekspedisiyasına yollandı. O, səfərə motorlu kirşə, poni atları itlər götürmüşdü. 1911-ci ilin oktyabrında onlar Evans körfəzindən qütbə tərəf yola düşmüşdülər. Tezliklə motorlu kirşələr sındı, soyuğa dözə bilmədiklərindən poniləri güllələyib öldürdülər, həmçinin it komandasını geri göndərdilər.

 

Əgər Skott HerodotunTarixkitabını xatırlasaydı, hiperboreylərin vətənindən daha sərt iqlimi olan Antarktikaya heç poniləri götürməzdi. Axı ponilər atlardan kiçik olmaqla, soyuğa qarşı daha zəif kövrəkdirlər.

 

Onlar qarşılarına çıxan buzluğa özlərinin dartdığı kirşə ilə hərəkət edirdilər. Dekabrın son gecəsində yeddi nəfər bazaya geri döndü. Skott başda olmaqla qalan beş nəfər 1912-ci ilin 17 yanvarında qütbə çatdılar. 81 günlük səfərdən sonra taqətdən düşmüş bu adamlara belə bir acı həqiqət məlum oldu ki, Norveç Qütb səyyahı tədqiqatçısı Rual Amundsen onlardan bir ay əvvəl Qütbdə olmuşdur.

 

Skottun qrupu səfərdən geri qaydanda hava xüsusilə pis idi. Ərzaq yanacaq ehtiyatı çox az idi. Axırda onların möhkəmliyi kömək barədəki ümidləri yoxa çıxdı. Sağ qalan üç nəfər əlavə 10 mil yolu qət etmək üçün mübarizə aparırdı. 29 mart 1912-ci ioldə Skott öz gündəliyində son sözlərini yazdı: “Hər gün biz hazır oluruq ki, 11 mil məsafəni başa çatdıraq, lakin çadırın qapısının ağzında küləkdən fırlanan qar təpələri səhnəsi yenə qalmaqda davam edir... Biz bunu dəf etməliyik, lakin son uzaq olmayacaqdır. Heyif ki, mən nəsə başqa şeyi yazmaq barədə düşünmürəm”. Görkəmli Avstriya yazıçısı Stefan Tsveyq Robert Skottun faciəli günlərini təsirli bədii səhnələrlə təsvir edir.

 

Səkkiz ay sonra axtarıcılar səyyahların donmuş bədənlərinin Skottun məlumatlarının gündəliyinin qaldığı çadırı tapdılar.

 

Təbiətin şıltaqlığına bələd olmaq isə bəzən böyük kəşflərin meydana çıxmasına səbəb olmuşdur. Vasko da Qama 1498-ci ildə Hindistan səfərindən qayıtdıqdan sonra (o, bu ölkəyə Xoş Ümid burnundan keçməklə ilk dəniz yolunu açmışdı, ona qədər Qərbi avropalılar Hindistana üzə bilmirdilər) Portuqaliya kralı I Manuel 1500- ildə  dənizçi Pedru Alvariş Kabralın başçılığı altında Hindistanla ticarət əlaqəsi yaratmaq üçün donanma göndərdi. Dənizçilər Afrikanın Qvineya sahillərində uzun müddətli tam sakitliyə (bu vaxt külək olmadığından yelkənli gəmilərin hərəkəti tamamilə dayanırdı) düşməkdən qaçmaq üçün (qızmar isti altında uzun müddət dayanan gəmi heyətini aclıq susuzluq gözlədiyindən, bütün komanda məhv olurdu. Gəmi isə dəniz quldurlarının hücumuna məruz qalanlar kimi böyük təhlükə mənbəyi hesab edilənuçan hollandlaraçevrilə bilərdi) donanma qərb tərəfə istiqamət götürdü.Dənizdə üzmək üçün küləyin necə vacib olduğu qədim yunan mifologiyasında da  göstərilir. Aqamemnon Troyaya üzmək üçün allahlardan külək istədiyinə görə öz qızı İfigeniyanı da qurban vermişdi. Sonra isə külək okeandakı cərəyan Kabralın donanmasını Braziliya sahillərinə aparıb çıxardı. Bu 22 aprel 1500- ildə baş verdi, ölkənin Portuqaliyaya məxsus olduğu elan edildi. Beləliklə, Kabral təbiətin sınağı ondan qaçmaq yolu ilə, həm küləyin okean cərəyanlarının köməyi ilə Cənubi Amerikanın bu böyük ölkəsini kəşf etdi sonralar Braziliya Portuqaliyanın müstəmləkəsi oldu. İndi Braziliya əhalisi portuqal dilində danışır. Kabral sonra səfərini Şərqə doğru davam etdirərək, Xoş Ümid burnunda tufan nəticəsində dörd gəmisini itirsə , üzüb Hindistandakı Kəlküttəyə çatdı. Burada ticarət məntəqəsi yaratdı Portuqaliyaya dörd gəmi ilə döndü.

 

Kabralın kəşfi təbiətin müdaxiləsi köməyi hesabına olduğundan Xristofor Kolumbun Fernando Magellanın iri miqyaslı kəşflərindən bütünlüklə fərqlənir.

 

 

4.Təbiət böyük sərkərdələri məğlubedilməz orduları  sınağa çəkir          

 

Müharibəyə girişənlər, onu başlayanlar da təbiətin sirli tərəflərini, iqlimin sürprizlərini nəzərə almalıdırlar. Axı, yaxşı məlumdur ki, müharibəni başlamaq asandır, onu başa çatdırmaq isə çox çətindir. Hitler SSRİ- müdaxilə etməmişdən əvvəl Almaniyanın böyük dövlət xadimi Otto fon Bismarkın Rusiya ilə müharibə etməmək barədəki ciddi xəbərdarlığına məhəl qoymasa da, heç olmazsa dahi sərkərdə Napoleonun Rusiyaya yürüşünün fəlakətli gedişindən sonluğundan nəticə çıxarmalı idi. Onun bu amneziyası Avrasiya xalqlarına böyük faciə bəxş etməklə, həm öz xalqına çox baha başa gəldi. Napoleon üçün Vaterloodan əvvəl Fontelblonun olduğu yada salınırsa, onların bünövrəsi kimi Rusiyada üzləşdiyi fəlakətin xüsusi yer tutduğu qeyd edilməlidir. Rusiyadan biabırçı surətdə Napoleonun qaçması Böyük Ordunun həmin vaxt demək olar ki, bütünlüklə məhvi Vaterloodakı onun son məğlubiyyətinin   şəxsi faciəsinin yoluna daş döşəmişdi.

 

Hitler Napoleondan sonra, ondan heç az miqdarda olmayan qaydada Avropanı lərzəyə salmışdı, materikdəki ölkələrin çoxunu işğal etmiş ya öz nüfuz dairəsinə cəlb etmişdi. Lakin Rusiyanın payız düşən kimi ara verməyən yağışı, sərt qışı şaxtası digər mühüm amillərlə birlikdə onun məğlubedilməzliyi barədəki mifi dağıtdı üstəlik, nəticədə öz ölkəsinin üç il yarım sonra Müttəfiqlərin işğal ərazilərinə çevrilməsinə yol açdı.

 

Bütün bunlar onu göstərir ki, təbiət müharibə adlanan silahlı rəqabətin hansı sonluqla nəticələnməsinə müəyyən mərhələdə öz təsirini göstərməklə, məğlubların vəziyyətini ağırlaşdırmağa xidmət etməklə, qaliblərə öz çox vacib olan himayəsini əsirgəməyərək, axırıncıları bəzən əvəzi olmayan bir yardımla mükafatlandırır. Təbiət öz stixiyasını işə salmaqla, müharibənin gedişinə müəyyən düzəlişlər edir qədər qəribə görünsə , bəzən hücum edənlərin qarşısını bütünlüklə yaratdığı çətinliklər hesabına kəsir, hətta dönüş nöqtəsinin yaranmasına şərait yaradır. Burada hansısa bir qeyri-adiliyi, sirri axtarmaq da düzgün deyildir. Axı insan özü təbiətin bir hissəsidir edirsə etsin, özünü təbiətdən, onun qüvvələrinin təsirindən kənarda saxlaya, ayıra bilməz.

 

Bunu nəzərə alaraq, ən qabiliyyətli sərkərdələrin ordularının taleyinə təbiətin etdiyi düzəlişlər barədə bir qədər təfsilata varmaqla söhbət aparmaq ehtiyacı yaranır. Bəlkə elə bir sərkərdə ya ordu yoxdur ki, onlar təbii çətinliklərdən, onların yaratdıqları maneələrdən gileylənməsin. Onlar döyüşdə hər cür ağıl fəaliyyət igidliyi göstərə bilərlər. Lakin ən böyük ağıl da, ən nadir qəhrəmanlıq da təbiətlə mübarizədə çox hallarda öz zəifliyinin şahidi olur.

 

 

Böyük Aleksandr

 

 

 

Dünyanın tarixin ən böyük sərkərdəsi kimi tanınan, bircə dəfə olsun məğlubiyyətin olduğunu bilməyən Makedoniyalı Aleksandr işğalları hesabına öz böyük imperiyasını yaratsa da, təbii şəraiti nəzərə almayanda, bunun yaratdığı ağır sınaqla üzləşməli oldu. Aleksandrın Hindistan yürüşündə əvvəllər heç vaxt rastlaşmadığı bir hadisə onun sonrakı planlarını, yürüşü davam etdirmək cəhdini pozdu. Axı Aleksandr o vaxtlar məlum olan dünyanın sonuna, indiki Yaponiyaya çatmağı planlaşdırırdı. Makedoniya qoşunları qiyam qaldırıb, vuruşmağı davam etdirməkdən imtina etdilər vətənlərinə qayıtmaqlarını tələb etdilər. On ilin vuruşları itkilərlə yanaşı, əzabları ilə döyüşçüləri cana doydurmuşdu onlar öz çarlarına tabe olmağa da son qoymağı qərara almışdılar. Aleksandr döyüşçüllərinin iradəsini qırmağın mümkün olmadığını görüb, geri, Babilə qayıtmağı qərara aldı. Lakin geri dönmə yolu da düzgün seçilməmişdi, şimaldan keçən daha əlverişli yol əvəzinə cənub istiqamətində hərəkət etmək qərara alınmışdı, bu isə olduqca təhlükəli bir marşrut idi, Gedrosiya səhrasından keçirdi.

 

Makedoniyalılar Gedrosiyaya gəlib çatanda, orada böyük çətinliklərlə üzləşməli oldular. Kiçik qruplar yol olmasa da, dəniz sahili ilə irəliləyə bilirdilər, böyük ordu üçün isə bu mümkün deyildi. Dəhşətli isti, gözlənilən aclıq susuzluq döyüşçülərə tam ağır sınaq vəd edirdi. Elə bil ki, digər mühüm cəhətlər yaddan çıxarılmışdı. Logistika (addi- texniki təchizat, o vaxtlarda əsasən ordunun ərzaqla atların ayaqaltı otla təmin olunması) müharibənin qan damarı hesab olunur.  Aleksandr yürüşləri vaxtı daim logistikaya  böyük əhəmiyyət verirdi. Orta Asiya ərazilərinə keçmək üçün bu məqsədlə Xəzər dənizinin cənubundakı bol ərzağı olan Qirkaniyanı seçmişdi. Babilə geri qayıdan vaxt isə Aleksandr  elə bil ki, bu mühüm məsələni yaddan çıxarmışdı. Yol təkcə aclıq deyil,həm qum təpələrini əvəz edən öz şoranlıqları ilə bir kədər, qüssə bəxş edirdi. Bütün bunlar isə nəhayətsiz ölüm dənizinə bənzəyirdi. Çayların məcraları vahələr bir-birindən uzaqda idi, rəhmsiz Günəşin istisindən qorxuya görə yalnız gecələr hərəkət etmək olurdu. Döyüşçülər büdrəyə-büdrəyə günəşdən bərkimiş torpağın üstü ilə nəhayətsiz qumluqlardan keçməklə dolaşırdılar. Onlar tələsirdilər ki, Günəş hələ çıxmamış hansısa su tapa biləcəkləri bir yerə çatsınlar. Lakin bunu əldə etmək həmişə mümkün olmurdu. Çox vaxt tapılan su da ya şor, ya da acı olurdu. Döyüşçülər xəstələnirdilər. Zəhərli bitkilər ilan sancmaları bədbəxtlikləri daha da artırırdı. Arabalar qumda batır, yük atlarının nəfəsləri kəsilirdi onları öldürməkdən savayı bir çarə qalmırdı.

 

Dəstənin arxasında  gedənlər, bir qayda olaraq, ölümə məhkum olurdular, onları gəmidən dənizə atılan adamların taleyi gözləyirdi. Qum səhrası, əslində qum dənizi özlüyündə heç adəti dənizdən az qəddar deyildi.

 

Bir dəfə məlum oldu ki, onlar yolu itirmişlər qoşun qum təpələrinin arasında azdı. Başqa bir vaxt isə su onlarla məkrli zarafat etməyini işə saldı. Döyüşçülər kiçik çay axan bir vadidə düşərgə salmışdılar. Gözlənilmədən, görünür şimal tərəfdəki dağlarda yağan yağışdan yaranan sel bu kiçik çayı coşğun, qəzəbli axına çevirdi vadini basdı. Su qab-qacağı silahı aparırdı. Kim üzüb çıxa bilirdisə, ancaq heç nəyi xilas edə bilmirdi. Atlar arabalar sıradan çıxdı. Bu bədbəxtlik hesabına döyüşçülərin sayı xeyli azaldı. Bütün məşəqqətlərə baxmayaraq, Aleksandrı müşayiət edən alimlər öz müşahidələrini aparmaqda qələmə almaqda davam edirdilər. Həqiqi elm adamları heç vaxt bekar dayanmırlar, ən çətin anlarda belə öz işlərindən uzaqlaşmırlar. Finikiyadan olan tacirlər isə səhra bitkilərindən ətirli maddələr  əldə edib, fürsət düşən kimi onları ticarət yolları keçən şimala göndərirdilər.

 

(Ardı var)

 

 





16.12.2013    çap et  çap et