525.Az

Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyi aztəminatlı ailələrə yardımlar çatdırdı


 

Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyi aztəminatlı ailələrə yardımlar çatdırdı<b style="color:red"></b>

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin təşəbbüsü və təşkilatçılığı ilə cəbhə bölgəsində “Biz Birlikdə Güclüyük” kampaniyasına dəstək məqsədi ilə Tərtər rayonunda İcra Hakimiyyətinin təqdim etdiyi siyahıya uyğun olaraq şəhid ailələri, müharibə əlilləri, veteranları, məcburi köçkünlər və aztəminatlı ailələrə yardımlar çatdırılıb.


İB-in sədri Emin Həsənli bildirib ki, yardım aksiyası davam etdirilir:
 
“Yardımları təşkilatımıza təqdim edən Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı(TİKA)-na başda Azərbaycan koordinatoru Teoman Tiryaki bəyə təşəkkürümüzü bildiririk”.







 

 





14.05.2020    çap et  çap et