525.Az

Bu gecə ikinci Qədr gecəsidir


 

Bu gecə ikinci Qədr gecəsidir<b style="color:red"></b>

Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (Əhya) gecəsi olacaq.

Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, Ramazan ayının ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, yəni mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edib. Bu gün - Ramazanın 20-ci günü Qədr gecəsinin ikinci, Ramazanın 22-ci günü - mayın 16-da isə üçüncü gecəsi olacaq.

Qeyd edək ki, Ramazanın 26-cı gününün axşamı - mayın 20-dən 21-nə keçən gecə də Qədr gecəsi olacaq.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Mayın 24-ü Ramazan (Fitr) bayramıdır.

 





14.05.2020    çap et  çap et