525.Az

“Aqoniya”, yoxsa təkamül?- İkinci məqalə


 

(XIX əsr Azərbaycan ədəbiyyatına bir nəzər)

“Aqoniya”, yoxsa təkamül?- <b style="color:red">İkinci məqalə </b>

Vaxtıyla Vladimir Leninin tez-tez misal çəkilən məşhur bir tezisi var idi ki, hər bir milli mədəniyyətdə iki mədəniyyət var bu, əlbəttə, tam siyasi bir iddia, mədəniyyətə sinfi münasibətin ifadəsi idi, o, hər müasir millətdə iki millətin olduğunu yazırdı. Bu tezisi mən ona görə xatırladım ki, əslində, Rusiyada, xüsusən AzərbaycanRusiya əlaqələri kontekstində iki Rusiya var idi bu gün var: 1 Pyotrdan üzü bu tərəfə müstəmləkəçi Rusiya imperiyası həmin imperiyanın fəsadlarıbu, bir Rusiyadır; Puşkin, Qoqol, Lermontov, Belinski, Gertsen, Dostoyevski, Çaykovski, Lev Tolstoy... – bu isə ikinci Rusiyadır biz ikinci Rusiyanın Azərbaycanla bağlı böyük mütərəqqi rolunu qeyd etsək, qətiyyən xəncərimizin qaşı düşməz, çünki bu fikrin əsas müttəfiqi həqiqətdir.

 

Şimali Azərbaycan Qafqazın bir hissəsidir mən əvvəlcə Qafqaz mözvusunun rus mədəniyyətinin, konkret olaraq isə rus ədəbiyyatının inkişafında oynadığı rol üzərində qısaca dayanmaq istəyirəm.

 

XIX əsr böyük rus ədəbiyyatının qızıl dövrüdür Qafqaz bu ədəbiyyatın mühüm aparıcı mövzularından birinə çevrilmişdi. Əsrin ilk onilliklərində rus ədəbiyyatında xüsusi bir estetik aura yaratmış romantizmin inkişafında Qafqaz mövzusunun mühüm rolu oldu bu romantizm Aleksandr PuşkininQafqaz əsirindən tutmuş, Aleksandr Bestujev-MarlinskininƏmmalat bəyindən, “Molla Nurundan, Mixail LermontovunƏsrimizin qəhrəmanının romantik əhval-ruhiyyəsindən adlayıb nəhəngHacı Muradrealizminə qədər bir yol keçdi, bu isə o deməkdir ki, yalnız romantizmin yox, ümumiyyətlə, klassik rus ədəbiyyatının inkişafında, yuxarıda dediyim kimi, Qafqaz mövzusu mühüm rol oynayıb.

 

Düzdür, PuşkinQafqaz əsirindəikibaşlı qartalın qəzəbli Qafqazda ucaldığıanı tərənnüm  edir, “çılğın Sisianovdanqürur duyurdu (orijinalda belədir:

 

 

И воспою тот славный час,
Когда, почуя бой кровавый,
На негодующий Кавказ
Подъялся наш орел двуглавый;
Когда на Тереке седом
Впервые грянул битвы гром
И грохот русских барабанов,
И в сече, с дерзостным челом,
Явился пылкий Цицианов;

 

А.С.Пушкин. Стихотворение. Ленинград, (“Советский писател”, 1954, str. 139.)

 

Ancaq elə bilirəm ki, “Qafqaz əsiriilə bağlı Vissarion Belinski yazdığı bu fikir önəmlidir: “Puşkinin poeması silah vasitəsilə Rusiyaya tanış olan Qafqazı ilk dəfə rus cəmiyyəti ilə tanış etdi Belinski Qafqaz sakinlərinicəngavər” (“voinstvennıe jiteli Kafkaza”) adlandırırdı. (Bax: V.Q.Belinskiy. Soçineniə Aleksandra Puşkina. Moskva, Detqiz, 1961, str. 238.)

 

Bu fikri Belinski Puşkin haqqında məşhur məqalələrinin altıncısında yazır, on birinci sonuncu məqaləsində isə yenidənQafqaz əsiri qayıdır: “Poemanın əsl qəhrəmanı Qafqaz idi, nəinki Qafqazın əsiri; əsirin əhvalatı Qafqazı təsvir etmək üçün bir çərçivə (bəhanə- E.) idi.” (Yenə orada, səh. 427.)

 

Mixail Lermontov qürurla özünüQafqazın oğluadlandırırdı, Qafqazda ünsiyyət vasitəsi kimi Azərbaycan dilini öyrənirdi, o, rus ədəbiyyatşünaslığının yazdığı kimi, Qafqazıözünün poetik vətənietmişdi düzdür, Puşkinin , Lermontovun da yaradıcılığındakı Qafqaz romantizmində bir ekzotika da var idi, ancaq çox keçmədi ki, yuxarıda yazdığım kimi, həminekzotikalı romantizmiLev Tolstoy realizmi əvəz etdi.

 

Ancaq oekzotikalı romantizmilə bərabər, misal üçün, Lermontovİzmail-bey Qafqaz xalqlarının milli-azadlıq mübarizəsində açıq-aşkar mücadilə qəhrəmanlarının müttəfiqi idi. Yəqin burası da təsadüfi deyil ki, Lev Tolstoyİzmail-beyi oxuduqdan sonra gündəliyində yazır ki, “mən Qafqazı... güclü bir məhəbbətlə sevməyə başlayıram.” (L.N.Tolstoy. O literature. Moskva, “Xudlit”, 1955, str. 23.)

 

Lev Tolstoy istedadıHacı Muradda qələmə aldığı qəhrəmanlığın xəyanətin mahiyyətini bütün mürəkkəbliyi ziddiyyəti ilə bəşəri səviyyəyə qaldırdı Qafqazın rus ədəbiyyatındakı belə bir romantik tragik bədii-estetik ifadəsi, onun, yəni Qafqazın başqa bölgələri ilə bərabər Azərbaycandan da yan keçə bilməzdi, həm yalnız bu mənada yox ki, əsrin otuzuncu illərində gənc Mirzə Fətəli Aleksandr Puşkinin ölümünə şeir həsr etmişdi, ya da ki, əsrin ortalarında Seyid Əzim Şirvani rus dilinin əhəmiyyəti haqqında şeir yazırdı, əsrin sonunda isə M.Sidqi Puşkinin 100 illiyi münasibətilə məruzə yazmış onu kitabça kimi nəşr etdirmişdibütün bunlar XIX əsr Azərbaycan ədəbiyyatında keyfiyyət dəyişikliyi baxımından əhəmiyyətli faktlardır, ancaq, eyni zamanda, bu dediklərimizlə bağlı olan burası da az əhəmiyyətli məsələ deyildi ki, şəxsi əlaqələr yaranırdı, rus ədəbiyyatına rus dili vasitəsilə Qərb ədəbiyyatına pəncərə açılırdı.

 

XIX əsrin birinci yarısına kimi Avropa ədəbiyyat ümumiyyətlə, mədəniyyət baxımından Rusiyaya qitənin ucqarı kimi yuxarıdan aşağı baxırdı, onu əyalət hesab edirdi belə bir Avropa təkəbbüründə, əlbəttə, həqiqət var idi, çünki Şekspirin, Servantesin, da Vinçinin, Molyerin, Bethovenin, Rembrandtın, Hötenin, Balzakın, Bayronun müqabilində Qavriil Derjavin, Vasili Jukovski, yaxud İvan Krılov, yaxud da rus balalaykası müqayisəyə gələ bilməzdi, Puşkin Lermontov isə Avropada o qədər tanınmırdı, ancaq rus ədəbiyyatı ( ümumiyyətlə, mədəniyyəti!) əsrin ortalarından başlayaraq Fyodor Dostoyevskini, Pyotr Çaykovskini, Lev Tolstoyu, İvan Turgenyevi meydana çıxartdıqda, Rusiya artıq Avropanın ( dünyanın!) ədəbiyyat get-gedə mədəniyyət mərkəzlərindən birinə çevrildi.

 

Sovet dönəmində hakim ideologiya RusiyaAzərbaycan ədəbi əlaqələrinin tədqiqini siyasiləşdirmiş, bu tədqiqatlardaəlbəttə, hamısında yox – “böyük qardaş-kiçik qardaşəhval-ruhiyyəsi, şişirtmələr, ateizm, sinfi münasibət kimi ideoloji əsaslar digər konyunktura ifadələri var idi, ancaq bütün bunlarla bərabər, həqiqət bundan itbarətdir ki, həmin ədəbi əlaqələrin təşəkkülü XIX əsrdə Azərbaycan ədəbiyyatının axtarışlarının keyfiyyət yenilikləri əldə edə bilməsi üçün əlverişli şərait yaratmağa başladı get-gedəDivan ədəbiyyatıçərçivələrindən kənara adlamış yeni yüksək bədii-estetik səviyyəli ədəbiyyatın (ilk növbədə, əlbəttə, M.F.Axundov yaradıcılığının!) meydana çıxmasında əsas stimullarından biri oldu.

 

XIX əsrin ortalarından başlayaraq Rusiyada kapitalizmin inkişafı imperiyanın ayrı-ayrı əyalətlərindən yan ötmürdü, sürəti artırmağa başlamış neft sənayesinin inkişafı sayəsində Bakının timsalında Azərbaycanda kapitalizm istiqamətində irəliləyişin sürəti, bəlkə , mərkəzi Rusiyadan daha artıq daha effektli idi. Mis sənayesi, gəmiçilik, balıqçılıq, ipəkçilik, hətta kənd təsərrüfatı s. sahələrdə kapitalizm prinsiplərinin tətbiq edilməsi açıq-aşkar gerçəkliyə çevrilirdi, feodalizm münasibətləri göz-görəti iflasa uğramağa başlayırdı iqtisadi-sosial inkişafdakı bu dəyişiklik çox mühüm bir hadisəyə səbəb oldu: Azərbaycanda milli burujaziya zümrəsi yaranmağa başladı get-gedə öz spesifikasını əldə edərək, artıq zümrə ibtidailiyindən məhdudluğundan çıxaraq sinif təşkil etdi, milli burjuaziyanın tərkib hissəsi kimi kənd burjaziyası formalaşdı, əks qütbdə fəhlə sinfi yarandı.

 

Ehtiva dairəsi get-gedə genişlənən bu proseslər, təbii ki, yalnız iqtisadiyyatın çərçivələrinə pərçim olub qalmırdı, yalnız sinif strukturları yaratmırdı, mədəni inkişafda da yeni keyfiyyət dəyişikliyi tələb edirdi belə bir müdaxilə nəticəsində mollaxanalar mədrəsələr yeni məktəb seminariyalarla əvəz olunmağa başlayırdı bu rəqabətdə say üstünlüyü hələ köhnənin tərəfində idisə, mədəni-mənəvi üstünlük yeniliyin tərəfinə keçirdi. Düzdür, hətta XX əsrin əvvəllərində Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!” psixologiyası yaşayırdı, ancaq bu, artıq milli mədəniyyətin mənəviyyatın eybəcər  göstəricisi deyildi, inersiya ilə davam edən kütlə psixologiyasının, fərdi nadanlıq cahilliyin göstəricisi idi, digər tərəfdən, əlbəttə, köhnə ilə yeni arasındakı rəqabətdə köhnənin, yuxarıda dediyim say üstünlüyü milli oyanışa müqavimət göstərirdi.

 

Yalnız Bakıda deyil, bizim digər ərazilərimizdə (Şuşada, Şamaxıda, Qubada, Lənkəranda, Gəncədə s.) məktəbdən kənar kütləvi kitabxanalar açılırdı hələ ki, məhdud fondlu bu kitabxanalar şəxsi evlərdə, darısqal otaqlarda yerləşsələr , artıq formalaşmağa başlayan tendensiyadan xəbər verirdi.

 

Şəhər əhalisinin sayı sürətlə artırdı: 1810-cu ildə Bakıda cəmi 931 ev olduğu halda, 1860- ildə artıq 2544 ev var idi (Bax: F.A.Taqiyev. İstoriə qoroda Baku v pervoy polovine X1X veka (1806-1859). Baku, “Elm”, 1999, str. 45.) əlamətdar fakt da orasıdır ki, həmin 1860- ildə Bakı əhalisinin 94,4 faizi azərbaycanlı idi (Yenə orada, səh. 51.), yəni şəhər əhalisi gəlmələrin yox, məhz yerli əhalinin, azərbaycanlıların sayəsində artırdı.

 

XIX əsrin ikinci yarısından başlayaraq Bakı Qafqazın ən məşhur şəhəri mədəni mərkəzi sayılan Tiflisi yalnız kapitalizmin inkişafı baxımından yox, mədəni mərkəz kimi sıxışdırmağa başlamışdı əsrin sonunda isə artıq yalnız Qafqazın yox, bütün imperiyanın şəhərçilik ənənələrinə malik bu ənənələri inkişaf etdirən mühüm şəhərlərdə birinə çevrilmişdi. Mütəxəssis tədqiqatçılar yazır ki, “1900- ildə Rusiyanın iri sənaye müəssisələrinin səmərəli işləməsi Bakı neftindən onun su yolu nəqliyyatından asılı idi (Nizami İbrahimov. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakı şəhərinin siyasi mədəni həyatı. Bakı, “Ozan”, 1997, səh. 22), yaxud belə bir fakt ki, həmin 1900- ildə artıq 17 nəfər azərbaycanlı Birinci gildiya, 15 nəfər isə İkinci gildiya taciri idi. (Bax: M.Ə.Musayev. XIX əsrin sonlarında Bakı şəhərinin ticarəti. Bakı, “Elm”, 1972, səh. 159.)

 

Mən ona görə bir daha bu tarixi-sosial səpgili tədqiqatlara qayıdıram ki, mühüm bir məsələniədəbiyyatın tarixi dövrləşdirilməsi zamanı ictimai-sosial tarixi gerçəkliyə baxışdakı laqeydliyi, birtərəfli məqamları xüsusi qeyd edim. Bu baxımdan akademik Heydər Hüseynovun XIX əsri Azərbaycan ictimai-siyasi ədəbi-mədəni fikri tarixində yeni dövr kimi səciyyələndirən məşhur tədqiqatı öz tarixi missiyasını ləyaqətlə yerinə yetirmiş bir əsərdir. “Bu əsərdə ədəbi-bədii fikirlə tarixi-xronoloji material konkret məqamlarda konsepsiya kontekst mahiyyətində yerdəyişimi edir. Tarix ədəbi fikir vahid elmi konsepsiyada birləşir” (Ş.Alışanov. Müasir humanitar təfəkkür Azərbaycan ədəbiyyatşünaslığı. Bakı, “Elm”, 2011, səh. 52).

 

Mövzumuzun kontekstində professional teatrımızın təşəkkül tapmasını inkişafını xüsusi qeyd etmək istəyirəm. Teatr XIX əsrdə Avropaya əyani pəncərə açdı, Şekspiri, Molyeri, Şilleri, Qoqolu Azərbaycana gətirdi bu hadisə o qədər güclü istedad güclü həvəslə baş verdi inkişaf etdi ki, qısa bir müddətdə Avropa bədii-estetik fikrinin bu böyük qələm sahibləri dünənə qədər onları tanımayan xalqın doğma müəlliflərinə çevrildilər.

 

Əsrin ortalarında Mirzə Fətəli istedadı dramaturgiyanı, konkret olaraq komediyanı ədəbiyyata gətirdisə, əsrin sonlarında Nəcəf bəy Vəzirov tragediyanı Azərbaycan ədəbiyyatına gətirdi bir tərəfdən onun tragediyaları da Mirzə Fətəldi komediyaları kimi sadə xalq dilində həmin xalqın problematikasını səhnəyə çıxardı, digər tərəfdən isə milliMüsibəti-Fəxrəddin” “Hamlet, yaxudOtelloQaçaqlarilə Azərbaycan tamaşaçısı arasında ədəbi körpü rolu oynadı. “Müsibəti-Fəxrəddinonu duyan, hiss edən Azərbaycan tamaşaçısının bəşəri Otello qısqanclığını, ya da Yaqo riyasını dərindən əxz etməsində ciddi təhtəlşüur rol oynadı bu yerdəMüsibəti-Fəxrəddinin dramaturji çatışmazlıqları artıq arxa plana keçirdi.

 

XIX əsrin 30-cu illərindəTatar xəbərlərindən başlayan milli jurnalistika yaratmaq ehtiyacı ehtirası 70-ci illərdəƏkinçinin timsalında güclü vətəndaş qayələri ilə yalnız milli jurnalistikanın deyil, ümumiyyətlə, milli ictimai  fikrin formalaşması üçün münbit zəmin yaratdı əsrin sonlarında, XX əsrin ilk illərində milli jurnalistika məktəbi meydana çıxdı.

 

Ən mühüm cəhətlərdən biri bu oldu ki, XIX əsrdə təmiz Azərbaycan dili ədəbiyyatın hegemon dilinə çevrildi başqa sahələrdə ərəb, xüsusən daha geniş yayılmış fars dili ilə rəqabət aparmağa başladı.

 

 Divan ədəbiyyatının milli təsnifatı yalnız onun dili ilə bağlıdır, yəni Hafiz ona görə böyük fars şairidir ki, o, mənşəcə fars olub fars dilində yazıb, Füzuli ona görə böyük Azərbaycan şairidir ki, azərbaycanlı olub ərəb fars dilləri  ilə bərabər, Azərbaycan dilində yazıb, Rəbiə ona görə böyük ərəb şairəsidir ki, o ərəbdir ərəb dilində yazıb, “Divan ədəbiyyatında dildən nadir hallarda ayrı-ayrı informasiyalardan (müəllif vaxt doğulub, anasının, yaxud atasının adı olub s. bu tipli məlumatlar) savayı milli göstəricilərə (milli problematika o problemlərin konkret milli ünvanı) rast gəlmək mümkün deyil, hər halda, şəxsən mən rast gəlməmişəm.

 

Divan ədəbiyyatınümunələri milli ədəbiyyat nümunəsi olmaqdan qat-qat artıq dərəcədə, ümumiyyətlə, milli sərhəd tanımayan böyük İslam mədəniyyətinin parlaq hadisəsi idi.

 

Divan ədəbiyyatısözün yüksək mənasında kosmopolit ədəbiyyatdır, buradakı fəlsəfə milli sərhədlər tanımır, bu fəlsəfənin, lirikanın poetik ifadəsi, yəniDivan ədəbiyyatının poetikası elitar estetika üzərində qurulub bu poetikanın diferensial göstəriciləri milli mahiyyətli deyil, estetika ilə bağlıdır, hər bir fərdi poetik istedadının dərəcəsindən, bu istedadın estetik baxımdan məxsusiliyindən asılıdır.

 

Klassik ədəbi irsimizin XIX əsrə qədərki dövrünə üslublar bədii-estetik təmayüllərlə bağlı müasir konsepsiyalar müstəvisində nəzər salsaq Şərq regional üslubu daxilində fərdi üslubun normativ bir biçimdə təzahürünü görürük. “Divan ədəbiyyatıçərçivəsində formalaşmış kanonlar fərdi başlanğıcı kölgədə qoyurdu yuxarıda göstərdiyim ictimai ədəbi reallıqlar zəminində, məhz XIX əsrdə yeni ədəbi janrların yaranması fərdi üslubların bütün estetik daşıyıcıları ilə meydana çıxmasına səbəb oldu.

 

Mən yuxarıda yazdım ki, “Divan ədəbiyyatının milli təsnifatı yalnız onun dili ilə bağlıdır, ancaq burasındadır ki, Azərbaycan ədləbiyyatında bu cəhətin özündə ciddi problemlər mövcuddur, çünki bu gün ( dünən!) sadə fars oxucusu Hafizi, yaxud Sədini oxuyur bu şairlərin dilini azı 90-95 faiz başa düşürsə (söhbət obrazlar aləminin, onun fəlsəfi mahiyyətinin zənginliyindən mürəkkəbliyindən yox, yalnız leksikadan gedir), bu gün ( dünən!) xüsusi hazırlığı olmayan azərbaycanlı oxucu Füzulini, ya da ki, Nəsimini ərəb fars sözləri lüğəti olmadan başa düşməyəcək, hətta Xətainin qoşma gəraylıları belə, istisnalara baxmayaraq, leksik baxımdan problemlər yaradır.

 

Bu mənada Vaqif Azərbaycan poeziyasını dil baxımındanDivan ədəbiyyatının maqnitindən çəkib çıxara bildi onu milliləşdirdi. Mən fikirləşirəm ki, Vaqifin böyük dil inqilabı (bu yerdə dillə bağlı məhz inqilab!) Vaqif ənənələrini inkişaf etdirən Zakir dili olmasaydı XIX əsrdə belə bütün əlverişli şəraitlərə baxmayaraq, Azərbaycan dilinin ədəbiyyatın aparıcı dilinə çevrilməsi prosesi qat-qat ağır irəliləyəcəkdi.

 

Deyə bilərlər ki, bəs, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Valeh?..

 

Doğru sualdır məsələ burasındadır ki, uzun yüzilliklər boyuDivan ədəbiyyatıilə folklor, o cümlədən aşıq ədəbiyyatı paralel inkişaf etmişdir. “Divan ədəbiyyatıelitar oxucu təbəqəsinin, folklor isə geniş xalq kütləsinin istifadəsində olmuşdur Vaqif istedadının qadirliyi onda idi ki, folklorun təmiz dilini  yazılı ədəbiyyata gətirdi, Azərbaycan poeziyasını müəyyən oxucu zümrəsinin (elitar oxucunun!) monopoliyasından çıxarıb, onu ümummilli mənəvi-estetik sərvətə çevirdi. Elə bilirəm ki, Firudin bəy Köçərlinin Azərbaycan ədəbiyyatı tarixini Vaqiflə başlamasının əsas səbəblərindən biri elə bu cəhətdir, çünki dil ən mühüm faktorlardan biridir.

 

Mən dedim ki, “Divan ədəbiyyatıali mənada kosmopolit ədəbiyyatdır, o, xalqı yox, estetikanı ifadə edir, estetika kanonlarının daşıyıcısıdır, aşıq poeziyası isə dili forması etibarilə xalqı ifadə etdiyi üçün, təhtəlşüur (genetik!) olaraq xalqın yazılı ədəbiyyatına meyl edib məhz XIX əsrdə həmin dil Azərbaycan ədəbi-bədii dilinin əsasını təşkil etməyə, ərəb-fars izafətlərini yazılı ədəbiyyatdan sıxışdırıb çıxarmağa başladı, digər tərəfdən heca əruzla artıq eyni hüquqlu tərəf-müqabil kimi rəqabət apardı, qoşma ümumiyyətlə, heca şeiri yazılı ədəbiyyatda qəzəl səviyyəsində, get-gedə isə daha artıq dərəcədə öz yerini möhkəmlətdi. Məhz XIX əsrdə aşıq poeziyası (Aşıq Dilqəm, Aşıq Ələsgər, Şəmkirli Aşıq Hüseyn b.) regional ehtiva dairəsindən çıxıb, bədii-sosial ümumxalq ifadəsinə çevrildi. Yəqin elə buna görə akademik Həmid Araslı yazırdı: “XIX əsrdən etibarən aşıq şeiri yeni bir istiqamətdə inkişaf edib”. (Aşıqlar, Bakı, 1957, səh. 9.)

 

Mən ara-sıra elmi ədəbiyyatda aşıq poeziyasını folklor hesab etməyən mülahizələrlə rastlaşıram şübhəsiz ki, bu ideyanın özü diqqətə layiqdir. Müəllifliyini öz təxəllüsü, bədii  möhürü ilə təsdiq etmiş sənət nümunəsini folklor hesab etməyin özündə , görünür, müəyyən elmi vərdişlər mövcuddur güman edirəm ki, bu mövqeyin ciddi müzakirəyə ehtiyacı haqqında düşünmək olar.

 

Baxın, Vaqifdən iki əsr sonra ədəbiyyata gəlmiş Məhəmməd Hadinin mövzusu, əsərlərinin məzmunuDivan ədəbiyyatından tamam kənardadır, onun poeziyasındakı ictimai problematika milli problematikadır, ancaq onun diliDivan ədəbiyyatının təsirindən çıxa bilməyən bir dildir, bu dil Hadi yaradıcılığının yeni mövzusu məzmunu səviyyəsinə qalxmadı məhz buna görə o, milli şair kimi layiq olduğu böyük kütləvi yeri tuta bilmədi. Hadi böyük vətəndaş yanğısı ilə: “Bu zülmi-latənahidən xilas olmazmı millətlər?” deyirdi (Səməd Mənsura yazdığı şeirdə bir çox başqa şeirlərində!), ancaq onun öz doğma millətibu zülmi-latənahinin olduğunu başa düşmürdü.

 

Yuxarıda yazdıq ki, Azərbaycan dili başqa sahələrdə ərəb fars dili ilə rəqabət aparmağa başlamışdı. Mirzə FətəliKəmalüddövlə məktublarıkimi böyük fəlsəfi traktatını Azərbaycan dilində yazdı bununla da humanitar elmin dili milliləşməyə başladı. Düzdür, Mirzə Fətəlidən əvvəl Azərbaycan dilində yazılmış ayrı-ayrı məxəzlərə təsadüf edirik, ancaqKamalüddövlə məktublarının elmi-fəlsəfi mündərəcatının miqyası artıq məhəlli yox, bəşəri  mahiyyət daşıyırdı bu möhtəşəmlik Azərbaycan dilinin qadirliyini müəyyən edərək, tendensiya yaratdı.

 

Ümumiyyətlə, XIX əsrdə epistolyar janr nümunələrinin, yaxud, misal üçün, tarixi əsərlərin Azərbaycan dilində yazılması artıq istisna yox, tendensiya göstəricisinə çevrilirdi. “Qarabağnamələri xatırlayaq: Mirzə Yusif QarabağiTarixe safini, yaxud da Mirzə ƏhmədƏxbarnaməni ənənəyə sadiq qalaraq fars dilində yazmışdılarsa, misal üçün, Mir Mehdi Həşimzadə XəzaniQarabağ tarixini artıq Azərbaycan dilində yazmışdı. Humanitar sahədə bu dil rəqabətində üstünlük get-gedə Azərbaycan dilinə keçirdi bu da, o demək idi ki, artıq ayrı-ayrı müəlliflər yalnız özlərini yox, özləri ilə bərabər xalqın dünyagörüşünü ifadə etməyə başlayırdılar.

 

taleyüklü bütün bu dəyişiliklər son dərəcə mühüm bir hadisəyə səbəb oldu: onlar nəhayət ki, Azərbaycan ictimai fikrinə M.F.Axundzadənin dili iləmillətməfhumunu gətirdi. Eyni zamanda, artıq aşiq-məşuq məhəbbətio məhəbbət ki, onunDivan ədəbiyyatındakı ən gözəl poetik ifadələri orta əsrlərdə şedevrlər yaradırdı, daha dövrün, zamanın gerçəkliyi müqabilində yad mövzuya çevrilirdi.

 

Beləliklə, feodalizmDivan ədəbiyyatının prioritet mahiyyətini özü ilə aparırdı.

 

XIX əsr Azərbaycan ədəbiyyatında belə bir keyfiyyət dəyişikliyinə nail olmuşdu XX əsrdə həmin cəmiyyət artıq feodalizm yükündən qurtulmuş bir cəmiyyət kimi formalaşmağa başladı, 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması da elə bunun nəticəsi idi.

 

 





16.12.2013    çap et  çap et