525.Az

FHN-in şəxsi heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib


 

FHN-in şəxsi heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyəti nazirliyin yaranmasının ildönümü, peşə bayramı münasibəti ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

APA-nın məlumatına görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Heydər Əliyevin məzarı önünə əklil, akademik Zərifə Əliyevanın məzarına gül dəstələri qoyub, ehtiramını bildirib.
 
Şəhidlərin məzarı da ziyarət olunub, “Əbədi məşəl” kompleksi qarşısına əklil qoyulub.

 





16.12.2013    çap et  çap et