525.Az

“Azercell” "Yeni Hər Yerə" tarifini təqdim edir!


 

 “Azercell” "Yeni Hər Yerə" tarifini təqdim edir!<b style="color:red"></b>

Hər zaman abunəçilərini innovativ xidmətlər və yeni servislər ilə sevindirən "Azercell Telekom" MMC tarif portfelini növbəti dəfə genişləndirir.

Bu dəfə lider mobil operator əzizlərinizlə ünsiyyəti daha da əlçatan etməyi hədəfləyərək,  mobil bazara "Yeni Hər Yerə" tarifini gətirir.

Yeni tarif çərçivəsində “Azercell”in Fakturalı  xətt istifadəçilərinə ölkədaxili istənilən istiqamətdə vahid qiymətə danışmaq fürsətilə yanaşı, həmçinin, hər ay 500 MB internet də verilir.

Beləliklə, may ayının 5-dən etibarən Fakturalı xətt abunəçiləri ayda cəmi 5 AZN ödəməklə 500 MB həcmində internet və ölkə daxilində bütün istiqamətlərə zəngin bir dəqiqəsinə 0.05 AZN ödəmək imkanı qazanır.

Bu təklifdən yararlanmaq üçün Yeni açar  sözünü 650 qısa nömrəsinə göndərmək və ya  telefonun ekranında *750*5#yes kombinasiyasını yığmaq kifayətdir. Həmçinin, "Yeni Hər Yerə"  tarifini “Azercell”in "Kabinetim" mobil tətbiqi vasitəsilə də aktivləşdirmək  mümkündür.

"Yeni Hər Yerə" tarifi - rahat ödəniş, rahat ünsiyyət.

 





14.05.2020    çap et  çap et