525.Az

Bəzi magistral yollar buz bağlayıb


 

Bəzi magistral yollar buz bağlayıb<b style="color:red"></b> Azərbaycanın bəzi magistral yolları buz bağlayıb. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki,  ötən gecədən respublika ərazisinə yağan güclü qar bəzi magistral yollarda nəqliyyatın hərəkətində problemlər yaradıb.
 
K. Əliyevin sözlərinə görə, Bakı-Şamaxı-Yevlax yolunun 38-ci kilometrliyindən asfalt örtüyü buz bağlayıb. Bu istiqamətdə şinləri qış mövsümünə uyğun olmayan avtomobillər Müşfiq postundan Bakı-Qazax-Kürdəmir istiqamətinə yönləndirilir.
 
Bundan başqa, Muğanlı-İsmayıllı yolunda buzlama və qar müşahidə edilir. Bu istiqamətdə isə şinləri qış mövsümünə uyğun olmayan avtomobillər Qəndob-Xaçmaz istiqamətinə yönləndirilir.
 
K. Əliyev, həmçinin Quba-Qusar avtomobil yolunun buz bağladığını bildirib.
 
Şöbə rəisi sürücülərə idarə etdikləri avtomobillərdə mövsümi təkərlərdən istifadə etmələrini, yüksək sürətdən uzaq olmalarını tövsiyə edib.
 
 





16.12.2013    çap et  çap et