525.Az

Con F.Kennedi: "Mərdliyin profilləri" (davamı)


 

Con F.Kennedi: "Mərdliyin profilləri" <b style="color:red">(davamı)</b>

İngiliscədən Telman Orucov tərcümə edib

Əgər onların karyerası müvəqqəti olaraq ya bəzən daimi olaraq sui-istifadə edən naşirlərin, zəhərli qələm sahiblərinin seçkilərdə ən çox səs verənlərin atdıqları mərmilər altında dəfn edilirsəəgər onlar risq edirlərsə, həmin vaxt buna məruz qalırlaronlar gələcəyi ümid inamla gözləyirlər, bu faktdan da agah olurlar ki, səs verən adamlar çox hallardabizim düşüncə yolumuzla həyat yolumuzun arasındakıeks-Koqressmen T.B.Smitin adlandırdığı katorqadan əzab çəkirlər. Smit bunu naməlum şeirin subyekti ilə müqayisə edir:

Bir dəfə bir taksa (it cinsitərcüməçi) var idi.

Uzun müddət anlamırdı heç nəyi.

Çox vaxt quyruğunu qaldırıb,

Göstərirdi əhval-ruhiyyəsini

Nəsə baş verdisə, gözləri onun

Bu vaxt doldu dərdlə, kədərlə,

Kiçik quyruğu yellənirdi yenə,

Bu dəfə ancaq əvvəlki xoşbəxtliyindən.

Buna baxmayaraq, mən istənilən Senatordan soruşmaq istəyirəm ki, tədbir barədə biz səs verməmişdən əvvəl, dəqiq bəyan edə bilərdimi ki, onun seçicilərinin çoxluğu nəticəni Senatda təmsil olunan kimi necə hiss etdimi. Biz hamımız Senatda dəmir ciyərlə yaşayırıqsiyasətin dəmir ciyəri belə az havalı atmosferdən çıxmaq o qədər asan deyildir ki, bizim seçicilərin nəfəs aldıqları təmiz hava ilə nəfəs ala biləsən. Professional müftəxorların vokal (səs-küy salantərcüməçi) elementlərin yanlarındakı çox saydakı seçiciləri görmək çətindir. Onlar siyasətçi haqqında hər cür məlumat toplayırlar. Vaşinqtonda olanda mən dəfələrlə qırx ya əlli məktub alırdım, professional siyasətçilər lobbistlər altı dəfə yanıma gəlirdi Massaçusetsdən olan üç qəzet naşiri verilən nəticə barədə ictimai rəyi qaydaya salırdı. Düzü mən seçicilərin böyük çoxluğunun hiss etdiyindən ya hətta onların qədər çoxunun, nəticələrin Vaşinqtonda belə yanğın yaratdığı kimi göründüyünü bilməsindən nadir hallarda agah oluram.

lll

Bu gün siyasi mərdlik çağırışı əvvəllərdə olduğundan daha böyük ölçüdə hiss olunur. Bizim üçün gündəlik həyat elə dolğunluğa çevrilmişdir ki, kütlənin nəhəng qüvvəsi hansısa qeyri-populyar ortodoks xəttin Con Kvinsi Adamsın – 1807-ci ildə hücum altında qaldırdığı etiraz tufanı ilə əlaqədardır heç vaxt təxəyyülə sığmayacaqdır. Bizim siyasi həyatımız elə baha olana çevrilmişdir ki, professional siyasətçilər ictimai əlaqələr adamları tərəfindən elə mexanikləşdirilmiş ona elə ağalıq edilir ki, müstəqil dövlət xadimliyi barədə xəyala dalan, idealist seçkinin nəyəsə nail olmaq zərurəti ilə kobud qaydada oyadılır. bizim ictimai həyatımız sonu olmayan müharibə, hansına ki, biz qəribə qaydadasoyuqepiteti vermişik, üzərində artan dərəcədə mərkəzləşir, ona görə biz ciddi ideoloji birləşməyə fikrin ortodoks nümunələrini bəyənməyə meyl edirik.

beləliklə, qarşıdakı günlərdə yalnız çox cürətli olanlar gücü düşmənlə mübarizədə sağ qalmağımız üçün lazım olan qeyri-populyar çətin qərarları verməyə qadir olmalıdır. Bu düşmənin isə liderləri özlərinin manipulyasiya etdikləri ictimai rəyə olduqca az əhəmiyyət verirlər, səsvermənin nəticələrindən qorxmayaraq öz vətəndaşlarını məcbur edirlər ki, indiki gülüşü gələcəyin şərəfinə qurban versinlər. yalnız çox cürətli adamlar fərdiyyətçilik ruhunu bu millətin doğulmasına səbəb olan ayrı-seçkiliyi mövcudluqda saxlamağa qadir olacaqlar. Bu, körpəni yedizdirməyə onun yaşa dolmaya çatmasını sərt sınaqlardan keçirməyə bənzəyir.

Əlbəttə, əgər bizim hamımız ənənəvi siyasi nümunələr əsasındaliberalizm konservatizm nümunələrində, Respublikaçılar Demokratlar kimi, Şimalın Cənubun nöqteyi-nəzərindən, idarəetmə əmək, biznes istehlakçı kimi ya bəzi bərabər dar çərçivədə fikirləşsək, bunlar daha asan başa gələcəkdir. Hərəkət etməyi taqımla səs verməyi davam etdirsək, kolleqalarımızı cari dəbdəki qaydada istismar etməklə özümüzə birləşdirsək, əvvəldən verilən qərarlara ya populyar hərəkatlara qəzəblənsək, bu daha təsəlli verici olacaqdır. Lakin bu gün millət belə tənbəl siyasi adətlər dəbdəbəsinə dözə bilməz. Yalnız güc, proqress sülhsevər dəyişiklik, müstəqil mühakimədən fərdi hətta ortodoks olmayan ekssentrikideyalardan irəli gəlir bizi xarici ideologiyaya üstün gəlməyə qadir edir, axırıncı isə hidrogen bombasından qorxduğundan daha çox azad fikirdən qorxur.

Biz qarşıdakı günlərdə daha çox əminlik üçün kompromisslərə möhtac olacağıq. Lakin bunlar prinsiplərin deyil, kompromissləri olacaqdır olmalıdır. Biz özümüzdə deyil, siyasi mövqelərimizdə kompromissə getməliyik. Biz mənafelərin toqquşmasını, öz ideyalarımızdan uzaqlaşmadan həll edə bilərik. hətta kompromissin düzgün növü üçün zərurət, həmin idealistlərə islahatçılara ehtiyacı ləğv etməyəcəkdir. Onlar isə bizim kompromissləri irəli aparırlar. Şounun (Bernard Şouməşhur yazıçı, Nobel mükafatı laureatıtərcüməçi) təsvir etdiyi kimikompromisslə lənətlənmiş, opportunizmlə çürümüş, lazımi qaydada səpilmiş yalançı unlu şeh, naqili dartma ilə ölçüsünün genişlənməsi nüfuzetmədən çürümə ilə sirayətlənmişlərləqarşılaşmaqdan yaranan siyasi situasiyaların qarşısını alır. Kompromissə heç qorxaqlıq üçün ehtiyac duyulmur. Əlbəttə ki, kompromisslər barışıqlar dəfələrlə sərt siyasi mərdlik sınaqları ilə üz-üzə gəlir. Onlar öz seçicilərinin ekstremist nəzərlərinə müxalif olurlar. Buna görə Deniel Uebster 1850-ci ildəki kompromissi vicdanlı qaydada bəyənmişdi, buna görə o, siyasi tarixin salnamələrinin ötülüb keçilə bilməyən məhkumluğunu qazanmışdı.

Onun əhvalatı bu gün xatırlanmağa layiqdir. Beləliklə, mən inanıram ki, digər mərd Senatorların əhvalatlarıonlar özlərinin bütün şəxsi siyasi hörmətdən yuxarı olan milli zəfər çalınmasına loyallıqda olmuş, bu adamlar mərdliyin real olaraq olduğunu həmçinin demokratiyaya real inamlarını göstərmiş, Birləşmiş Ştatlar Senatını, öz seçicilərinin nöqteyi-nəzərlərini icra qaydasında çatdıran sadə robotlar kolleksiyasından daha çox nəyisə etmişlər ya zamana xidmət edən beyinləri bir yerə yığmışlar ki, ictimai hissiyyatın daşqınlarını əvvəlcədən xəbər versinlər onların ardınca getsinlər.

Bu adamların bəziləri, hansılarınkı əhvalatları təsvir ediləcəkdir, öz inamlarında düzgün idilər, digərləri, güman ki, düz deyildilər. Bəziləri daha çox populyarlığa qayıtmaqla özlərinə haqq qazandırırdılar, çoxu isə heç bunu etmirdi. Bəziləri özlərinin bütün həyatı boyu mərdlik nümayiş etdirirdilər; digərləri isə onların vicdanı hadisələr, bu adamları tufanın mərkəzinə gətirib çıxaran həlledici ana qədər küləyin istiqamətində üzmüşdülər. Bəziləri özlərinin mütləq prinsiplərə sarsılmaz həsr olunmaları ilə əsl mərd adamlar idilər; digərləri kompromiss tərəfdarlarını lənətləyirdilər.

Onların müxtəlifliyi ilə yanaşı, amerikan siyasətçiləri, hansıların ki, əhvalatları dəfələrlə söylənmişdir, bir qəhrəmanlıq keyfiyyətinimərdliyi bölüşürdülərsonrakı səhifələrdə mən çalışacağam ki, onların həyatınıuğrunda yaşadıqları idealları, mübarizə apardıqları prinsipləri, onların ləyaqətlərini, günahlarını, qazandıqları tərifi dözdükləri təhqiri nəql edim. Bütün bunlar sonrakı səhifələrdə yer tutacaqdır. Biz onlar haqqında yazmalıyıq, onlar haqqında oxumalıyıq. Bu adamların hər birinin həyatında elə şeylər vardır ki, onu çap səhifəsinə təslim etmək çətindir həm elə şeylər vardır ki, onlar vətənlərinə gəlib çatmış yer kürəsinin hər bir hissələrində yaşayan hər bir vətəndaşın malik olduğu irsi daha da zənginləşdirmişdir.

Birinci hissə

Zaman yer

    

Bizim birinci əhvalat 1803- ildə başlandı, bu vaxt Vaşinqton hələ lazımi qaydaya düşməmişdi, şəhər əslində ölkə kəndindən artıq bir şey deyildi. Belə rəvayət vardır ki, yeni fransız elçisi bura gələndə ətrafa baxıb qışqırmışdı: “Ay Allah! Mən etmişəm ki, belə şəhərdə yaşamağa məhkum olmuşam!” Tikintisi hələ başa çatmamış Kapitoli Birləşmiş Ştatlar Senatının yerləşdiyi bina idi ilk Senatın 1789-cu ildə yerləşdiyi Nyu-Yorkun köhnə şəhər zalından çox böyük dərəcədə fərqlənirdi hətta 1787-ci ildəki Konstitusiya yazanların orijinal qaydada planlaşdırdığı orqandan da çox fərqli idi.

Bani-atalar Senatda işləməyisiyasi mərdliküçün imkanı təmin edən xidmət kimi təxəyyül edə bilməzdilər, öz seçicilərinin iradəsinə etiraz etdikdə burada adamlar təhlükədə olacaq ya öz karyeralarına son qoyacaqdılar. Senat üçün onların əsl konsepsiyasına görə, Senat, Nümayəndələr Palatasına əks olmaqla elə bir orqan idi ki, o seçici təzyiqinə məruz qalan subyekt olmayacaqdı. Hər bir ştat özünün ölçüsündən əhalisinin sayından asılı olmayaraq eyni sayda (iki nəfərtərcüməçi) Senatora malik olmalı idi, beləliklə onlar fərdi suveren ştat hökumətlərinin federal hökumətə göndərdiyi səfirlər idi, səs verən ictimaiyyətin təmsilçiləri deyildi. Senatorlar hər iki ildən bir seçilmək üçün (Nümayəndələr Palatasının üzvləri hər iki ildən bir seçilirlərtərcüməçi) çarpışmayacaqdılar, – əlbəttə, Aleksandr Hamilton (bani-atalardan biri, Corc Vaşinqtonun ilk prezidentliyində federal hökumətin ilk maliyyə naziritərcüməçi) təklif etmişdi ki, onlar ömürlük müddətə bu səlahiyyət sahibi olsunlar altı illik müddətin məqsədi onları ictimai rəydən izolyasiya etmək idi.

Senatorlar xalqın səsi ilə deyil, ştatın qanunvericiləri tərəfindən, hansılar ki, hər bir ştatın konservativ mülkiyyət maraqlarını təmsil etməyə arxalanırlar kütlələrin səfehliyinəmüqavimət göstərə bilirlər, həmin funksiyaya təyin edilirdilər. Bu qaydada konstitusional qurultayın nümayəndəsi Con Dikinson demişdi ki, “Senat həyatda öz rütbələrinə görə mülkiyyət çəkilərinə görə hörmətə yiyələnəcək ən ehtiramlı şəxsiyyətlərdən ibarət olmaqla, mümkün olduğu qədər Britaniya Lordlar Palatasına güclü bənzərliyə malik olacaqdı”.

Bununla yanaşı, Senat qanunvericilik orqanından az olmalı idiadətən orada ictimai fikrə görə həyati nəticə üstündə qızışan müzakirələrə qayğı göstərilməlidir, – Senat isə daha çox icra şurası olacaqdı. Torpaqları müqavilələri müzakirə edəcək əsasən Prezidentə məsləhətlər verəcəkdi, özü bunu ictimaiyyət üçün olan qalereyasız hətta öz iclası üçün protokolu olmadan həyata keçiriləcəkdi. Yerli qaydada əvvəlcədən qərar vermə, Hamiltonun dediyi kimi, Senat zalında yaddan çıxarılmalı idi, həm ilk məsələningörən bu qərar seçicilərimə ... mənim yenidən seçilməyimə necə təsir göstərəcəkdirsualının olduğu Kontinental Konqressin sadə bir məşqi olmalı idi.

Birləşmiş Ştatların ilkin iyirmi iki Senatoru 1789-cu ildə Nyu-Yorkda iclas keçirməklə, Konstitusiyanı tərtib edənlərin gözlədiklərini icra etməyə ilk dəfə girişən kimi göründülər, xüsusən bunu Lordlar Palatasına bənzəmək kimi qiymətləndirirdilər. Onlar hörmətli parlaq şəxsiyyətlər, görkəmli təcrübəli dövlət xadimləri olmaq istəyirdilər. Senat Nümayəndələr Palatası ilə müqayisədə bütünlüklə dəbdəbədən uzaq tam rəsmi idi, onun otaqları daha diqqətlə işlənmişdi onun üzvləri geyimlərinin xoş təsir bağışlamasına sosial rütbəyə daha az əhəmiyyət verirdilər. Senat bağlı qapılar arxasında daimi komitələrdən istifadə etmədən iclas aparırdı, Prezident Vaşinqtona fərdi qaydada məsləhət verirdi administrasiyanın bütövlükdə birləşdirici bir hissəsinə yaxın fəaliyyət göstərirdi.

(Ardı var)

 





16.12.2013    çap et  çap et