525.Az

Asəf Zeynallı küçəsində hərəkət qismən məhdudlaşdırılacaq


 

Asəf Zeynallı küçəsində hərəkət qismən məhdudlaşdırılacaq<b style="color:red"></b>

Mayın 20-dən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işlərinə start verilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya bildirilib ki, təmir işləri aparılan müddət ərzində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərini və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

 





19.05.2020    çap et  çap et