525.Az

Peşə təhsili idarəetmə elminin funksiyasi kimi


 

Peşə təhsili idarəetmə elminin funksiyasi kimi<b style="color:red"></b>

İdarəetmə – bazar iqtisadiyyatı şəraitində təşkilat, şirkət və ya müəssisənin idarə edilməsidir.

İdarəetmə - təşkilatın məqsədini müəyyənləşdirib, bu məqsədə çatmaq üçün planlaşdırma, təşkiletmə, icra (motivləşdirmə) və nəzarət prosesləridir.

İdarəetmə sahəsində ixtisaslaşmış menecerin 3 əsas öhdəliyi var ki, onlardan birincisi və ən önəmlisi işçilərin idarəedilməsidir. Bu öhdəlik yüksək peşəkarlıq səviyyəsində həyata keçirilərsə və komanda şəklində işçilərlə əməkdaşlıq onlara təlqin edilərsə maksimum şəkildə yüksək perspektivli idarəetməyə nail olmaq olar. İdarəetmənin yüksək şəkildə həyata keçirilməsi bilavasitə menecerin idarəçilik qabiliyyəti ilə əlaqəlidir. İkincisi rəhbərlik etdiyi müəssisə və ya təşkilatı idarə etməkdir. Müəssisə və ya təşkilatın məqsədəuyğun şəkildə idarəedilməsi yuxarıda qeyd edilən rəhbərlik olunan işçi və ya kadrların komanda şəklində işləməsi və digər amillərdən asılıdır. İnformasiya axınının idarəedilməsi də bu işin tərkib hissələrindən biridir. Belə ki, işçi və təşkilatın idarəedilməsinin informasiyanın idarəedilməsilə qarşılıqlı şəkildə həyata keçirilməsi bu üç öhdəliyin kompleks şəkildə idarəedilməsidir.

“Menecment”, “menecer” və “lider” anlayışları bəzən yaxınmənalı sözlər kimi , bəzən isə fərqli sözlər kimi təzahür edir. Lakin qeyd etdiyimiz kimi bu anlayışlar müəyyən oxşarlıq və fərqliliklər nəzərə alınmaqla.

İdarəetmə - özünün bütövlüyünü, quruluş vahidliyini saxlamaqla müəssisədə son məqsədə nail olmaq üçün tətbiq edilən müxtəlif təbiətli sistemlərin təsiretmə vasitəsidir.

İdаrəеtmə anlayışı və təcrübəsinin tarixi olduqca qədimdir. Dövrümüzdə işlənən idarəçilik anlayışı qədim dövrlərdə işlədilən eyniadlı anlayışdan fərqlənib. İdаrəеtmənin çоx qədim оlmаsınа bаxmаyаrаq, о bir еlm, təsərrüfаtçılıq və tədqiqаt sаhəsi kimi nibətən yеnidir. İdarəetmə XX əsrin əvvəllərində fəaliyyət sahəsi kimi öz təsdiqini tapmışdır. Qədim Şumеrdə tаpılmış sаxsı lövhələrdə kоmmеrsiyа sövdələşmələri və qаnunlаrı bаrədə məlumаtlаr vеrilib. Bu dа оnu göstərir ki, qədim Şumеrdə idаrəеtmə prаktikаsı mövcud оlub.

Təşəbbüskarlığı və yaradıcı axtarışları ləngidən avtoritar üslubun elementləri təhsilə rəhbərlikdə məhdud sahədə tətbiq edilə bilər.

Qeyd edilən üslublardan biri də səhlənkar üslubdur ki, bu üslub məqsədyönlü və effektli rəhbərlik sisteminin olmaması ilə xarakterizə olunur. Bu üsluba xas əsas xüsusiyyət ondan ibbarətdir ki, səhlənkar idarəedici qərar qəbul etməkdən və məsuliyyətdən qorxur , hətta öncədən qəbul etdiyi qərarlardan belə imtina edir. Bu isə öz növbəsində idarəetməyə və idarə olunan təşkilat, müəssisənin işinə mənfi təsir edir.
İdarəetmə sistemində ən arzuolunan və ən müsbət cəhətləri öz ətrafında toplayan üslub demokratik üslubdur. Bu üslub kollegiallıqla vahid rəhbərliyi düzgün əlaqələndirir, idarə olunan təşkilatlarda istər rəhbər istərsə də inzibati və köməkçi heyətin fikirləri nəzərə alınır, qərar qəbul edilərkən bərabərlik prinsipinə riayət olunur. İşçilərin motivasiyasının düzgün qurulmasını əsas götürən bu üslub ilə idaər olunan təşkilat və ya müəssisə tam və düzgün şəkildə idarəounmasına nail olur.
Azərbaycan Respublikasının iqtisadi və siyasi baxımdan inkişafı demokratik idarəetmə prinsiplərinin nəzəri və praktiki baxımdan inkişafını zəruri edib. Azərbaycanda bu gün tam əminliklə demək mümkündür ki, təhsil sahəsində yetəri qədər uğurlu addımlar atılıb. Təhsil Azərbaycan Respublikasının prioritet istiqamətidir. Peşə təhsilinə ayrılan diqqət isə təhsilin bu sahəsinin idarəedilməsində yetəri qədər gözəl təşəbbüsdür. Belə ki , Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 20 aprel 2016-cı il tarixli 869 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmış və Agentliyin Əsasnaməsi təsdiq olunub.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanıdır.

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Peşə təhsili haqqında 24 aprel 2018-ci il (№ 1071-VQ) tarixində qəbul etdiyi qanuna əsasən peşə təhsilinin əsas vəzifəsi peşə təhsili sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək, peşə təhsili və təlimi sisteminin inkişaf istiqamətlərini müəyyənləşdirmək,peşə təhsilinə dair normativ hüquqi aktlar qəbul etmək, bu sahənin inkişafı üzrə səriştələrə əsaslanan, nəticəyönlü dövlət təhsil standartlarını və kvalifikasiyalara uyğun təhsil proqramlarını (kurikulumları) təsdiq etmək və icrasına nəzarəti həyata keçirmək,müvafiq peşə üzrə təhsil standartları və proqramlarının (kurikulumların) hazırlanması üçün sahibkarlar, onların birlikləri, peşə assosiasiyaları ilə əməkdaşlıq etmək,peşə təhsili müəssisələrinə qəbul qaydasını təsdiq etmək, dövlət siifarişini və ödənişli əsaslarla təhsil haqqının məbləğini müəyyənləşdirməkdir.

Peşə təhsili Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən və təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini, onların ixtisaslarının daim artırılmasını, eyni zamanda, zəruri əmək bacarıqlarına yiyələnmələrini təmin edən prioritet fəaliyyət sahəsidir .

Mərkəzdə sənaye qurumlarında istehsal proseslərini təşkil edən və innovativ texnologiyalarla işləmək bacarığına malik olan mütəxəssislərin hazırlanması nəzərdə tutulur.

Dövlət peşə təhsili müəssisələrinin büdcədənkənar gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasının təmin edilməsi və peşə təhsilinin inkiişafında maliyyələşmə mexanizmi rolunu oynamasının həyata keçirilməsi məqsədilə Peşə Təhsilinin İnkişafı Fondu yaradılıb, peşə təhsili sahəsində bir sıra normativ hüquqi aktlar hazırlanıb. Peşə təhsili müəssisələrinin birləşdirilməsi və müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması yolu ilə həyata keçirilən peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və optimallaşdırılması, müasir standartlara cavab verən pilot peşə təhsili müəssisələrinin qurulması Yol Xəritəsində qarşıya qoyulan mühüm vəzifələrdəndir .

Adilə FƏRƏCOVA,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi,
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə II kurs bakalavrı (ikinci ali təhsil)


 





19.05.2020    çap et  çap et