525.Az

Azərbaycan parlamentində M.Ə.Rəsulzadənin açılış nitqi


 

Azərbaycan Parlamenti – 95

Azərbaycan parlamentində M.Ə.Rəsulzadənin açılış nitqi<b style="color:red"></b>

Dekabrın 7- Azərbaycan Xalq Cümhuriyyəti qanunvericilik məclisiMəclisi-Məbusanın açılışının 95 ili tamam olur. Üzeyir bəyin təbirincə desək, bu, tarixi bir gündür. 1917-ci il iyunun 18- Gəncədə Azərbaycanı tərk edib İstanbula rəsmi ezamiyyətə getmiş Məhəmməd Əmin Rəsulzadə 1918-ci il noyabrın 7- Bakıya gəlir. Noyabrın 9-da onun təklifi ilə Azərbaycan hökumətiAzərbaycan bayrağı haqqındaqərar qəbul edir. Noyabrın 10-da Azərbaycanı tərk edəcək Qafqaz İslam Ordusu komandanlığı şərəfinə ziyafət təşkil olunur. Bakı Azərbaycanı məhv olmaqdan xilas edən türk ordusu bir neçə gündən sonra Azərbaycanı bütün Zaqafqaziyanı tərk etməyə başlayır. İngilislərin başçılıq etdiyi müttəfiq hərbi qüvvələrinin Bakıya gəlişi gözlənilir. Vəziyyət mürəkkəbdir, müstəqillik əleyhinə ermənilərin xristian icmasının çıxışları, hazırlıqları görülür. Elə Tomsonun başçılıq etdiyi müttəfiq qoşunlarına da Azərbaycanda mövcud iqtidarın türklər tərəfindən qurulması fikri İranda ikən onlara təlqin olunur. Belə bir müşkül vəziyyətdə Azərbaycan iqtidarına qanuni xalq tərəfindən müdafiə olunan orqanın təşkil edilməsi ehtiyacı görünürdü. M.Ə.Rəsulzadə 1918-ci il noyabrın 10-da Milli Şuranın iclasını çağırır. Bundan əvvəl F.Xoyski hökuməti 6 ay müddətinə Məclisi-Müəssisana hazırlıq çağırılması planlaşdırmışdı. Bu çox uzun müddət idi, hər şey alt-üst ola bilərdi. Milli Şura Zaqafqaziya seymində müsəlman fraksiyasına daxil olan 44 nəfərin Tiflisdə mayın 27- təşkil etdikləri parlament funksiyasını yerinə yetirirdi. Gəncədə ilhaqçıların, yəni Azərbaycanı müstəqil bir dövlət kimi yox, Türkiyənin bir vilayəti kimi görmək istəyənlərin təzyiqi ilə Milli Şura fəaliyyətini dayandırmışdı. Milli Şura işini bərpa edir Azərbaycanın Milli Məclisini, yəni Məclisi-Məbusanını təşkil etmək haqqında qərar qəbul edir. Dekabrın 7- bu qərar yerinə yetirilir Azərbaycan parlamentinin ilk iclası reallaşır. Oxuculara Milli Şuranın 1918-ci il dekabrın 7-dək fəaliyyəti haqqında onun rəisi M.Ə.RəsulzadəninAzərbaycanqəzetində dərc etdirdiyi tarixi sənəd səciyyəli məqalələrini təqdim edirəm.

(Əvvəli ötən sayımızda)

Məhəmməd Əmin Rəsulzadə

Ta Tələt Paşa kabinəsi getməmiş Avstriya hökuməti münfəridən müttəfiqlərə sülh təklifini etmişdi. Hətta fransızlar da öz müvəffəqiyyətlərini bildiklərinəKlemanso bu notanın cavabını keçmiş nitqində vermişdirdemişlər. Avstriyanın bu müraciəti etinasız qalmışdı. Ondan sonra Vilsonun nitqləri əsnasında sülh şəraiti həqqində anlatdığı 14 maddəyi almanlar da təsvib edib müttəfiqən ___  müqabilə mütarikə təklif etmişlər idi. Bu maddələrin 13-cüsündən böylə seziliyor ki, türklər məskun olan yerlərdə tam hakimiyyət onların, türklərdən qeyri olan millətlər ayrı hökumət quracaqlar.

Bunun üzərinə Vilson nitqində 4 maddədən ibarət bir şeydə əlavə ediyor ki, heç bir millət üçün bir dövlət təbəəligindən çıxıb digərinə keçmək olmaz.

Alman Avstriyanın müraciətinə Vilson cavab verməyib sonra anlatdı ki, Almaniyada imperator olduqca mütarikə olmayacaqdır. Onun üçün Qeyser təxtdən əl çəkdi. Vəliəhd qəbul etmədi.

Baxıyorsunuz ki, hər yerdə hökumət böhranı sühulət kəsb edərsə Türkiyədə nədən isə bir az çətinlik ilə oluyor. Burada bir parlaman böhranı oldu. Səbəbi o idi ki, parlamanda külliyyətli bir firqə təşəkkül ediyor, bunun bir müxalif firqəsi yoxdur. Onun üçün İttihad Tərəqqi firqəsi şübhələndi, tez bir zamandaHürriyyətpərvəranfirqəsi meydana gəldi. Hamısı buna bəyani-etimad etdi. Ümumi sülh müzakiratını təklif etmək mümkün degildi. Almaniya ilə müttəfiqlər arasında israr ediliyor. Türkiyə ilə Almaniyanın əlaqəsi kəsilmiş idi.

Yeni parlamanda proqramı başında bütün dağınıq ordunu toplamaq Qafqasiyayı boşaltmaq, almanların Türkiyədən getməsi, siyasi cinayətkarların, sürgünlərin vətənə ovdəti müsaidəsi bir çox böylə maddə qəbul etdigi kibi boğazların şimdilik müttəfiqlər dövlətlər Amerikanın təhti-işğalında qalmasını qəbul etdi.

Bu ancaq mütarikədir ümumi konfransadək hökmü vardır. Siyasətdə cilvələr pək müxtəlif ola bilər. Kim diyordu ki, iki ay əvvəl Paris üzərinə yürüyən o möhtəşəm ordu birdən-birə böylə məğlub bir halə düşəcəkdir. İki ay əvvəlki halət böylə bir vəziyyətə təbəddül ediləcəkdir. İmdidən gələcək xüsusunda bir şey söyləmək imkan xaricindədir. Firəng İngiltərə, Amerika ordusu Batum təriqilə gəlib Qafqasiyadan keçəcəkdir. Ola bilsin ki, gəlib buradan da keçsinlər, yaxud buranı özlərinə bir əsülhərəkə qərar verəcəkdir.

Bunu da zənn etmək olmaz ki, bu gün bütün cahanın 14 maddələr ilə hüsni-təvəccöhini qazanmış Vilson ümumi iğfal etmək üçün bir bilöf yapıyor. Yəqin ki, o da bu gün bir qüvvət qarşısındadır. Hər şeydən daha qüvvətli olan millətlər hüquqi bir cəmilə yapmaq üçün tədil təfsirlər ola bilər. Lakin bu prinsiplər bütün-bütünə məhv olar fikri doğru degildir.

Bolşevizm bir yorğunluq fikridir. Millətlərin hüquqi-mədəniyyəsi fikri bu yorğun parçalanmış Rusiyadan doğdu. Əgər bu sosializmənin əsaslarından biri olan bu maddə cahil Rusiyada məsxərə şəklində oldusa da artıq Avropanın yarısı bununla müstövli olmuşdur.

Şübhəsiz bu qədər qan tökmənin bir nəticəsi, bir səmərəsi olacaqdır. O səmərə bəşəriyyətin, insaniyyətin, millətlərin yekdigəri hüququnu tanıyancəmiyəti-əqvamtəşkil edəcəkdir.

     Onu da bilməlisiniz ki, bu şüar böylə nahaq qan tökməkdən bıkmış, yorulmuş bütün bəşəriyyətin nəticeyi-əfkarıdır.

İştə onun üçün xəlqimiz öz hökumətləri arxasında dursunlar, həqqi-hüquqa layiq olduqlarını isbat etsinlər. Bu da macəra yapsınlar demək degildir. Maddətən tabe olmaq mənən tabe olmaq degildir. Gələnlər bizdəki intizamı, bizdəki birligi görüb hörmət etmək məcburiyyətində olacağı aşkardır. Ondan maəda şəhərimizə gəlmək istəyən ordu bir paraları kibi təkrar qarqaşalıq salmaq üçün gəlmiyor, onlar gəlib buradan gedəcək Rusiyayı toplayacaqlar.

Burada hökumətin qaim olduğunu gördükdən sonra onlar bizə riayət edər. Bizim hökumət o hökumətə etilaf edə bilər. Bunun üçün xəlqimiz özünü toplayıb təşkil etdigi hökumətə müavinət etməlidir. Həyəcanə imkan yoxdur. Məyusiyyətə gəlməz, cürəbəcür küçələrdə danışılan sözlərdən artıq təşvişə düşülməsin. Vəzifəmiz kəndi idarəmizi müdafiə etmək olacaqdır. Yarından parlaman adından lazımi yerlərə müraciət edilir. Teleqraflar çəkilir, öylə olmaz ki, bu gün hər millətin öz kökü üstə bitməsi tərəfdarı olanlar bir dövlət rəisi, yaxud mədəni Avropa cümlənin səsini eşitdigi halda bizləri eşitməgə qadir olmasın, yaxud ümumcahanı iğfal etsin. Bu gün Avropayı millətlərin həqqi-hüququnu tanımağa məcbur edən yarınki məhkəməyi-kəbirada yəqin ki, orada bizim həqqimiz aranılar. Biz istədigimizə nail olarız. Bu gün millətlər hürriyyəti tərəfdarı olanlar da ədalətsizligin zirvəsinə qalxıb da bir şey yapamazlar.

M.H.

Azərbaycan”, 17, 20, 22 təşrini-sani (noyabr) 1918,

№42, 45, 47

Məhasingözəl keyfiyyətlər

Fəlciflic

Əhyayeniləşmə

Münfəridtəkbaşına

İnhitattənəzzül

Ammxalq, kütləvi

Mütənəffirnifrətlənən

Əddsayma

Bədihiaydın

Ərsəmeyda

Bərhəmqarmaraışıq

Təsahübsahib çıxma

Səhlasan

Müntəxəbseçilmiş

Sühulətəlverişlilik

İğfalaldatma

Tədilədalətli görmə

Əhbabdostlar

    

    

Azərbaycan Məclisi-Məbusanı təsisi həqqində qanun

    

1- Azərbaycan parlamanı (Məclisi-Məbusanı) 120 əzadan ibarətdir.

2- Azərbaycan parlamanı Azərbaycan Məclisi-Müəssisanı dəvət oluncaya qədər aşağıdakı tərtiblə intixab olunmuş əzadan təşəkkül edər:

a- Rusiya Məclisi-Müəssisanına dörd müxtəlif siyasi firqə siyahıları mövcibincə Mavərayi-Qafqas əhali-islamiyyəsi tərəfindən intixab olunub da sonra Mavərayi-Qafqasseymində əza sifətilə bədə Azərbaycan Şurayi-Millisini təşkil eləmiş 44 zatdan

b- Azərbaycan bələdiyyələri müsəlman əzası ilə əskidən mövcud bulunan milli müsəlman komitələri əzası tərəfindən intixab olunmaq surətilə cəlb olunacaq zəvatdan

p- Əqəliyyətdə bulunan millətlərin səlahiyyətdar müəssisəyi-milliyyələrindən cəlb olunacaq zəvatdan

t- Bakı Həmkarlar Şurası ilə Sovet Syezd, tüccar ərbabi-sənaye ittifaqından cəlb olunacaq zəvatdan

3- Əsasən mövcud olan 44 əzayə əlavə olunacaq əza bu nisbətlə cəlb olunacaq.

a- Əhali-islamiyyə tərəfindən Bakı – 5, Göyçay uyezdi – 2 (biri şəhər, biri uyezd), Cavad – 2 (biri şəhər, biri uyezd), Quba – 3 (biri şəhər, ikisi uyezd), Lənkəran – 2 (biri şəhər, biri uyezd), Şamaxı – 2, Gəncə – 3 (biri şəhər, ikisi uyezd), Ərəş – 2, Cavanşir – 1, Zəngəzur – 2, Qazax – 1, Cəbrayıl – 1, Nuxa – 2 (biri şəhər, biri uyezd), Şuşa – 2 biri şəhər, biri uyezd), Zaqatala – 2 (biri şəhər, biri mahal).

İrəvan vilayətinin Azərbaycana keçən hissəsi – 3, Tiflis vilayətinin Azərbaycana keçən hissəsi – 1.

Qeyd:

a) Bakı hissəsinə düşən 5 zat Bakı bələdiyyəsi müsəlman əzası tərəfindən seçiləcəkdir. Digər şəhərlərdə dəxi şəhər hissəsinə düşən nümayəndəyi ümumi intixabla seçilmiş müsəlman qlasnıları seçəcəklərdir. Uyezd nümayəndələri isə uyezd milli komitələri tərəfindən intixab olunacaqlardır.

b) Seçkilər gizli olacaq.

p) Əqəliyyət təşkil edən millətlərdən: erməni əhalisi tərəfindən 21 – 8-i Gəncə erməni əhali komitəsindən, 8-i Şuşa erməni əhali komitəsindən, 5-i Bakı Bakı erməni komitəsindən.

Rus əhalisindən Bakıdakı rus milli şurasından – 10

Alman əhalisi təşkilati-milliyyəsindən – 1

Yəhudi şurayi-millisindən – 1

Gürcü komitəsindən – 1

Polyak komitəsindən – 1

t) Bakı həmkarlar cəmiyyəti şurasından 3, Bakı Sovet syezd ticarət sənaye cəmiyyətlərindən müştərəkən – 2

Qeyd: 1- Bələdiyyəsi milli şurası olmayan qəzalar nümayəndələrini köy obşestvo nümayəndələrinin ictimaində təyin edə bilərlər. Bu ictima hər obşestvodan birər nümayəndə göndərilmək surətilə hasil olur.

Qeyd: 2- Əhvali-fövqəladəyə məruz bulunan yerlərin nümayəndələrini Şurayi-Milli bizzat təyin edər.

Qeyd: 3- Şurayi-Millinin əsaslı üzvlərini təşkil edən 44 əzadan biri istefa edər, mərhum olur yaxud başqa bir səbəblə məclisdən çıxarsa onun əvəzinə mənsub bulunduğu siyahının mürəttibi bulunan firqə müəssisatı tərəfindən başqa birisi təyin olunur.

Qeyd: 4- Cəlb olunacaq əşxasın intixabən şəhərlərdə bələdiyyə rəisləri, uyezdlərdə mirovoy sudyalar ya onların müavini əqəliyyətə mənsub millətlərdə milli şura rəislərinin təşəbbüs nəzarətilə icra olunur intixab olunacaq zəvatə kəndi imzaları ilə keyfiyyəti intixabı mövze müsəddiq etimadnamələr verilir.

Şurayi-Milli rəisi: Məhəmməd Əmin Rəsulzadə

Şurayi-Milli katibi: Rəhim Vəkilov

Surəti əslilə mütabiqdir.

Şurayi-Milli idarə müdiri: Məhəmməd Seyid

Azərbaycan”, 28 təşrini-sani (noyabr) 1918, №51

    

Azərbaycan Məclisi-Məbusanında

    

Bu gün 7 qanuni-əvvəl: illər ilə intizarını çəkdigimiz tarixi bayram günü. Hələ səhər tezdən evdən çıxarkən şəhərdə bir halət, başqa bir ruh görüyorsan; bu gün sair günlərə bənzəməz! Bu gün bazar-dükan bağlıdır; bu gün məktəblərdə çocuqlar dərsdən azad edilmişlərdir; bu gün ümum müəssisələr bayram ediyorlar: Azərbaycan tarixi bayramı; birinci Məclisi-Məbusanın güşadı bayramı!

Küçələrdə, evlərdə hamı biri-birini təbrik ediyor. Hamı şad, hamı məsrurdur.

Səhərdən şəhər küçələrində zirehli avtomobillər görülüyorlar; hələ saət 9-dan qabaq bütün dükanlarını bağlamış, bayram etmiş olan türk-islamlar parlaman binasıfəqət o sevgili möhtəşəm müəzzəmİsmailiyyədegil, ünas məktəbi olan binaqabağında yüzlər, bəlkə minlər ilə toplaşıb danışıyor, hər kəs öz dairəsində, özəqli kəsdigikibi övzai-siyasiyyədən istiqbal istiqlaldan, hürriyyət istibdaddan bəhs, mübahisə ediyor. Cəmaətdə bir qaynaşma var.

    

Birinci iclas

Nikolayevski küçədə iki zirehli avtomobil dayanmış, küçədə ingilis Azərbaycan fəxri qarovulu durub Bazarnı küçədən Persidskiyədək, Nikolayevskidən şəhadətnaməsi olmayanı buraxmıyorlar. Parlaman binasının qapısından salonadək qarovullar durub, küçədən salonadək xalılarla bəzənmişdir. Parlaman binasının üstündə lojada Azərbaycan bayrağı vurulmuşdur. Tamaşaçılar üçün təyin edilmiş yerlər doludurlar. Tamaşaçılar içində bir çox xanımlar dəxi vardır. Ümumiyyətlə ruh yüksəkligi hökmfərmadır.

İclas açılmadan əvvəl məbuslar sairləri dəstə-dəstə, topa-topa yığışaraq əhvali-hazirə övzai-siyasiyyə həqqində danışıyorlar. Parlamanın vəzifəsi, gələcək Məclisi-Müəssisan, hazırki hökumət sairə həqqində mübadiləyi-əfkar icra olunur.

Diplomasi nümayəndələr lojalarında İran, Dağıstan Gürcüstan nümayəndələri əyləşmişlərdir.

Nəhayət saət ikinin yarısında iclas açılıyor. İclası Məhəmməd Əmin Rəsulzadə cənabları nitqi-iftitahilə açaraq Azərbaycan istiqlalının müxtəsər tarixindən, elani-istiqlaldan əvvəlki haldan rus istibdadından incimiş, zənciri-əsarət altında əzilmiş bittəbii bundan dolayı rus hökumətinə nifrətlə baxmaqda olan müsəlmanların xüsusən Azərbaycan türklərinin rus milləti rus mədəniyyətinə qarşı məhəbbət dostluqdan başqa bir fikri olmadığını qeydlə nəhayət Azərbaycanın yaşamasına ətfi-kəmal ediyor. Bütün millətlərin amal gedəcək yolları bir olduğunu göstərərək bu gün bu binada qaldırılmış olan bayrağın enmiyəcəginə haman bu amillərin dəlil azərbaycanlıların şüarı olaraq istiqlal hürriyyət uğrunda göstərdikləri göstərməgə hazır olduqları fədakarlıqların bir istinadgah olduğunu, paytaxtımızda bulunan müttəfiqlər nümayəndələrinin münasibat rəftarını qeydlə diyor ki, vicdani-bəşər heç vəqt böylə zülmü işləməz ki, bizi bu səadətdən məhrum qılsın. Binaənileyh natiq cənabları azərbaycanlıları ittihad ittifaqla çalışaraq müstəqil yaşamağa qail müstəid müstəhəqq olduğumuzu isbat etməgə çağırıyor. (Nitq kəraətlə gurultulu alqışla kəsiliyor).

Nitqinin axırında sədr cənabları bir sədr ilə bir baş müavin seçməgi təklif ediyor. Beş dəqiqə tənəffüsdən sonraMüsavat bitərəflər namindən Şəfi bəy Rüstəmbəyov sədrligə, Əlimərdan bəy Topçubaşovun baş müavinligə Həsən bəy Ağayevin namizədligini təklif ediyor.

Təklif ümumiyyətlə qəbul olunur.

Həsən bəy Ağayev sədr yerini tutaraq böylə tarixi gündə bunca nəsibinə böyük şərəf ehtiram düşdügündən izhari-etimad edərək seçənlərə təşəkkürünü bəyan ediyor. Sonra müvəqqəti bir katib intixabı lüzumunu qeydlə parlaman adətincə katibligə ən cavan məbusu seçmək qaidəsini bəyan binayi-aliyə Rəhim bəy Vəkilovun namizədligini təklif ediyor. Təklif qəbul olunur.

Sonra Azərbaycanın hər yerindən ümum millətlər siniflərdən alınmış olan təbrik teleqraflarını qismən oxuyur. (Teleqraflar dünki sayımızda dərc edilmişlərdi).

Teleqraflardan sonra hökumət rəisinə səs verilir.

Fətəli xan Xoyski uzun gurultulu alqışlar altında kürsi-xitabətə çıxaraq ibtida böyük, əziz mübarək gün münasibətilə parlaman əzasını hökumət namindən təbrik ediyor. Sonra hökumətin məsuliyyət fəaliyyətindən bəhslə hər nazirin öz nəzarəti həqqində müfəssəl bəyanat məruzə verəcəgini vəd ediyor. Kəndisi isə Azərbaycan hökumətinin həyyən təşkilindən bu vəqtədək kibi daxili xarici şərait altında surətlə çalışdığını, o vəqtki anarşi, yolsuzluq, müxabirəsizlik, pulsuzluq, əskərsizlik ümumiyyətlə bir dövlət hökuməti yaşada biləcək amillərin ümumiyyətlə yoxluğunu zikrlə hökumətin fəaliyyətini təsvir ediyor şükr eliyor ki, ən mühüm məsələlər qüsurla da olsa həll edilmiş: pul kəsilmiş əsl Azərbaycan pulu bu yaxınlarda hazırlanacaqdır, yollar, post-teleqraf münasibat müxabiratı açılmış, paytaxtımız hüquq ədalət bayrağı altında hüquqi tapdayanların əlindən alınmışdır. Natiq həzrətləri türklərin dəvəti qonşu millətlər hökumətlər ilə münasibatımıza sairlərini açıq təsvir etdikdən sonra diyorlar ki: şimdi artıq parlaman dəvət olundu. Heç hökumət bundan sonra bir dəqiqə belə başında qalmaq istəməz. Binaənileyh hökumət istefa veriyor.

(Gərək Məhəmməd Əmin bəy gərəksə Xan Xoyski həzrətləri nitqlərinin təfsilatı sabahkı nömrəmizdə olacaqdır).

Məhəmməd Əmin bəy təklif ediyor ki, yeni hökumət təşkilinədək sabiq hökumət məmləkəti idarəsiz buraxmayaraq başında qalsın.

Təklif qəbul olunur.

Sədr etibarnamə, nizamnamə təsərrüfat komissiyaları seçmək lüzumunu göstərərək namizədlər göstərilməsini təklif ediyor.

Bu namizədlər göstəriliyor:

Müsavat bitərəflərdən: Şəfi bəy Rüstəmbəyov, Məhəmməd Yusif Cəfərov, Abbasqulu Kazımzadə.

Sosialistlər ittifaqı (müsəlman) tərəfindən: Məhərrəmov, Səfikürdski, Hacınski.

Hümmətfirqəsindən: Qarayev, Camalbəyov Şeyxülislamov.

İttihadfirqəsindən: Vəzirov Zeynal bəy, Məhəmmədbəyov Qara bəy Qarabəyov.

Gürcülər, lehlər, yəhudilər almanlar nümayəndələri tərəfindən Qoxman, Vanseviç Tsixaqaya.

Rus slavyanları tərəfindən: Mixaylov, Klınyevski Krınqo.

Namizədlər qəbul olunur.

Sonraİttihadfirqəsi təklif ediyor ki, parlaman güşadı münasibətilə siyasi məhbuslara əfvi-ümumi elan olunsun.

Sosialistlər ittifaqı, Müsavat Hümmət bu təklifi təbrik ediyorlar. Əsas etibarilə etiraz edən olmuyor. Fəqət bu təklifin qanun layihəsi surətində təqdimi müəyyən bir komissiya, ya fraksiya tərəfindən verilməsi məsələsi qaldırılaraq nəhayəti-ara ilə 5 nəfərlik bir komissiyaya məhvəl edilməsi təhti-qərara alınıyor.

Komissiyaya aşağıda ismləri yazılan məbuslar daxil oluyorlar:

MüsavatdanQardaşov

Sosialistlər ittifaqındanSəfikürdski

HümmətdənAğamalov

BitərəflərdənƏfəndiyev

İttihad firqəsindənZeynal Tağıyev

İclas saət 5 radələrində qapanıyor.

Gələcək iclas düşənbə günü saət 12- təyin ediliyor.

Azərbaycan”, 8 qanuni-əvvəl (dekabr) 1918, №59

    

Məsrurelan, xatırlama

Müstəidistedadlı, bacarıqlı

Müstəhəqqlayiq

Həyyənyarandığı, dirildiyi

    

Azərbaycan parlamentində M.Ə.Rəsulzadənin açılış nitqi

Möhtərəm məbuslar! Azərbaycan Cümhuriyyətinin ilk Məclisi-Məbusanını açmaq yövmi-səadəti, siz möhtərəm məbusları təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə müftəxirəm (Alqışlar). Əfəndilər, Rusiyada zühur edən inqilabi-kəbir digər həqiqətlər arasında bir həqiqəti-bahirəyi dəxi elan etmişdi. Bu həqiqət millətlərin həqqi-hürriyyət istiqlalı idi. Rusiya inqilabı təbiətində mövcud olan ruhə sadiq qalaraq təbii yolu ilə inkişaf etsəydi, millətlərin hüququnu təmin ilə muxtariyyətlərdən mütəşəkkil azad demokratik bir Rusiyayi bir an əvvəl təsis edəcək idi. O vəqt təbii idi ki, Rusiyada yaşayan müsəlmanların da həyati-siyasiyyələri digər məhkum millətlərlə bərabər başqa bir təriqdə cərəyan edəcəkdi. Millətlərə kəndi müqəddəratlarının təyinini pək səmimanə bir surətdə Rusiya Məclisi-Müəssisanından gözlədilər. Fəqət Rusiyada inqilab demokratizm naminə zühur edən məkus bir istibdad kibi xarablıqlar yaratdığını bilirsiniz. İnqilab naminə hökmfərma olan anarşi millətlərin hüququ elanından sonra yeridilən qatı mərkəziyyətçilik Zaqafqasiya millətlərini kəndi başlarının çarəsinə baxmaya sövq etdi. Zaqafqasiyadan Rusiya Məclisi-Müəssisanına intixab olunan məbuslar kəndilərini vəkil edən cəmaətin hüququnu ZaqafqasiyaSeyminitəşkil onun istiqlalını elan etməkdə gördülər.

Eyni məntiq nəhayət Azərbaycan əhalisi tərəfindən seçilən vəkillərin Şurayi-Milli təşkilinə sövq, bu Şurayi-Milli isə Azərbaycan istiqlalını elan etmək zərurəti qarşısında qaldı. Azərbaycan istiqlalı elan olundu. (Alqışlar).

Bu gün əqəliyyət təşkil edən millətlərin nümayəndələri dəvət olunmaq üzrə iştə bu məclis təşəkkül etmişdir. Bu məclis ümumi seçki üsuli ilə toplanacaq Azərbaycan Məclisi-Müəssisanı toplanıncaya qədər məmləkətimizin sahibi olacaq. Burada Azərbaycanda bulunan bütün millətlərin, təbəqələrin müxtəlif cərəyanların nümayəndələri olduğundan bu məclis vətənimizi tamamilə təmsil edə bilər.

Əfəndilər, bilirsiniz ki, bizim Rusiya cəmaətinə qarşı heç ədavət nifrətimiz yoxdur. Bezar olduğumuz Rusiya çarizm Rusiyası, Rusiya istibdadıdır. Rusiyaya nifrətimiz Rusiya istibdadı altında inləyən Rusiya cəmaətinə nifrət demək degildir. Bizcə mənfur olan, millətləri əzən hüquqlarını verməyən rəsmi Rusiyadır. Hər bir millət müstəqil hürr olmalı, hürr olduqdan sonra digər millətlərlə ürək istədigi kibi əqdi-ittifaq etməlidir. Bütün dünya millətlərinin birCəmiyyəti-Əqvamvücuda gətirməsi bizim ən müəzzəz fikirlərimizdəndir. Bufederasyoncəbrlə degil, təbii bir meyl arzu ilə hasil olmalıdır. (Alqışlar).

Ərz etdim ki, biz Rusiya cəmaətinin düçar olduğu fəlakətdən qurtarılmasını ürəklə istəriz. Biz Rusiya hökumətinin həqiqi rus demokratiyası əlinə keçməsi tərəfdarıyız. Çünki Qafqasiya dağlarının şimalında təşəkkül edən müstəbid təcavüzkar bir hökumətə biz laqeyd qala bilməriz. (Alqışlar). Biz Rusiyanın səadətini istəriz. Rusiya cəmaətini sevəriz. Fəqət kəndi istiqlalımızı da əziz tutarız. (Alqışlar). Cəbr ilə qəbul etdirilən bir şeydə qətiyyən səadət olamaz. Çünki səadət hürriyyət istiqlaldadır.

İştə bunun üçün əfəndilər, müstəqil Azərbaycanı təmsil o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış. Türk hürriyyəti, islam mədəniyyəti müasir Avropa əfkari-əhraranəsinitəmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. (Məbuslar yerlərindən qalxıyor, şiddətli alqışlar mədid bir surətdə davam ediyor).

Mən buna iman edirəm. Mənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırıyor. Bu günəş bir daha üful etmiyəcək. Bən vicdani-bəşəriyyətə inanıyoram. Milyonlarla insan bahasına mal alan qitali-ümumidən sonra vicdani-bəşər qazandığı həqiqətləri asanlıqla əlindən verməz. “Cəmiyyəti-Əqvamfikri bu gün hər kəscə qəbul edilmiş bir fikirdir. Bu bənə ümid veriyor. Qüvvətlə inanıyoram ki, artıq milləti öldürmək, millətin hüququnu paymali-zəval etmək qətiyyən mümkün degildir. Qaliblər , məğlublar da millətlərin hüquqi təslim edilməlidir diyorlar. (Alqışlar). Yaxında açılacaq sülhi-ümumi konfransında bu fikir qətiyyən hakim olacaq. Bu gün əhbabə hakim olanlar müttəfiqlərdir. İngilis, Amerika, Fransa dövlətlərinin bayraqlarında millətlər təmini-hüquqi Cəmiyyəti-Əqvamşüarı yazılıbdır. Dövlətlərin Bakıda bulunan nümayəndələri naminə general Tomson Qafqasiya məsələlərinin sülhi-ümumi konfransında həll olunacağını rəsmən elan etmişlərdir.

Biz azərbaycanlılar bütün mövcudiyyətimizlə kəndi müqəddəratımızı, kəndi istiqlalımızı müdafiə mühafizədə israr edər, səbat mətanət göstərirsək heç şübhəsiz ki, Azərbaycan Cümhuriyyəti payidar olur. Fəqət bunun üçün təkrar ediyorum səbat mətanət, fədakarlıq istər. İstər ki, biz kəndimizin istiqlala layiq olduğumuzu isbat edəlim. Bu oldumu sizi təmin edirəm ki, kimsə həqqimizi təslim etməmək cəsarətində bulunamaz. Hanki vicdandır ki, istiqlalı istəyən ona ləyaqətini isbat edən bir milləti qəhr etsin. (Alqışlar).

Əfəndilər, biz Qafqasiya əqvami ruhumda hər zaman hürriyyət istiqlal fikri hakim olmuşdur. Hürriyyət fikrinin müməssili olanPrometeyQafqasiya dağlarında zəncirə bənd edilmişdi. O, daima zəncirlərini qırmaq təşəbbüsündə idi. “Prometeyin ruhu Qafqasiyanın bütün millətlərində vardır. Qafqasiya millətlərinin istiqlalı bərabərlikdə müstəqil olaraq yaşamaları bir xəyali-bəid degildir. Qardaş millətimiz olan Şimali Qafqasiya, qapıbir qonşumuz ermənilər, münasibati-dostanəmiz bütün cüziyyətə rəğmən daima səmimi qalan gürcülər, bizə bir çox mədəni xidmətləri toxunmuş rus cəmaətinin mühüm bir qismi ilə əl-ələ verərək biz Qafqasiyanın müqəddəratını qitə üzərində yaşayan millətlərin arzusu vəchilə təmin edə biləriz. (Sürəkli alqışlar. Diplomasi lojalarına müraciətlə təkrar alqışlar).

Əfəndilər, bən buraya qədər sizə ümidli sözlər söylədim. Buna iman ediyoram. Fəqət nəzərinizi əhvalın ağırlığına dəxi cəlb etməzsəm vəzifəmi hüsni-ifa etməmişəm deməkdir. Zaman ağır, gedəcəgimiz yol çox tikanlı arizəlidir. İləridə bir çox müşkülat maneələri dəxi gözə almalıyız. Bu maneəli yolları keçmək sərmənzili-məqsudə irmək üçün siz məbus əfəndilər bir çox fədakarlıqlar ibraz etməli, təmsil etdiginiz millətə səbat, mətanət göstərmək üzrə bir nümunəyi-əmsal təşkil etməlisiz. Bu nümunəyi göstərəcək iqtidar istedada malik oldunuzsa, yolun yarısı gedilmiş deməkdir.

Əvət, əfəndilər, bu gün firqə ehtirasları, şəxsi qərəzləri bütün bu kibi vətən millət qayəsi qarşısında səqil qalan qərəzlər atılmalı, vətən qayğısı millət duyğusu hər şeydən yüksək tutulmalıdır. (Sürəkli alqışlar).

Əfəndilər, bu gün Azərbaycanın paytaxtında Məclisi-Məbusan iftitahındayız. Azərbaycan bir atəş mənbəyidir. Vətənimiz hər zaman kəndi sinəsində bir atəşi-müqəddəs bəsləmişdir. Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər bir şöləyi-ümid iman təşkil eləmişdir. O atəş ki, bu gün sərvət saman səbəbi baisi-təməddündür. Qoy bu atəş Azərbaycan övladının sinələrinə dolsun, milyonlarla ürəyi yaxan bu atəş əbədiyyən sönməz bir məşəl təşkil edib hürriyyət istiqlala doğru getdigimiz maneəli yolları işıqlandırsın! (Sürəkli mədid alqışlar).

Azərbaycan”, 9 qanuni-əvvəl

(dekabr) 1918, №60

    

Məsuntoxunulmaz

Məkustərsinə dönmüş

Müəzzəzəziz

Mədiduzun

Üfulqürub

Təminxatircəm

Bəiduzaq

Səkilçirkin

 





16.12.2013    çap et  çap et