525.Az

Müdafiə Nazirliyinin İşlər İdarəsinə yeni rəis təyin olunub


 

Müdafiə Nazirliyinin İşlər İdarəsinə yeni rəis təyin olunub<b style="color:red"></b>

Azərbaycan Müdafiə Nazirliyinin İşlər İdarəsinə yeni rəis təyin olunub.

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, müdafiə naziri Zakir Həsənovun əmri ilə işlər idarəsinin rəisi Baxış Ələkbərov vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə ehtiyatda olan polkovnik Azad Əsədov təyin edilib.
 
A. Əsədov hərbi xidmətə ehtiyatdan çağırılıb.
 
Qeyd edək ki, A. Əsədov 1990-cı illərin əvvəllərində Azərbaycan Ordusu sıralarında xidmət edib. 701 saylı briqadanın tərkibində 1993-cü ilin fevral-aprel aylarında Laçın və Kəlbəcər rayonlarının müdafiəsində, 1994-cü ildə isə “Murovdağ” əməliyyatında iştirak edib.

 





17.12.2013    çap et  çap et