525.Az

Bu il 724 əkiz, 21 üçəm doğulub


 

Bu il 724 əkiz, 21 üçəm doğulub<b style="color:red"></b>

Bu ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 28690 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən APA-ya bildirilib ki,  əhalinin hər 1000 nəfərinə bu göstərici 11,6 təşkil edib. Doğulanların 52,9 faizi oğlan, 47,1 faizi isə qız uşaqlarıdır.

Körpələrin 724-ü əkiz, 21-i isə üçəm doğulanlardır.

 

 





21.05.2020    çap et  çap et