525.Az

"Təhlükəli tullantıların idarə edilməsi virusun qarşısının alınmasında önəmlidir"


 

"Təhlükəli tullantıların idarə edilməsi virusun qarşısının alınmasında önəmlidir"<b style="color:red"></b>

"Pandemiya dövründə əmələ gələn təhlükəli tibbi tullantıların idarə edilməsi virusun yayılmasının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, bu baxımdan Nazirliyin əsas diqqət yetirdiyi sahələrdən biri koronavirus infeksiyası ilə mübarizə çərçivəsində təhlükəli tibbi tullantıların idarə olunması ilə bağlı olub: "Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, Nazirlik təhlükəli tibbi tullantıların idarə olunmasının əlaqələndirilməsini həyata keçirir və həmin tullantıların utilizasiyasını təşkil edir. Hazırda bu işlər TƏBİB və Səhiyyə Nazirliyi ilə birgə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Tibbi tullantıların idarə olunmasına dair tələblər”ə uyğun olaraq həyata keçirilir".

Nazir deyib ki, müalicə profilaktika müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tibbi tullantılar morfoloji tərkibinə və təhlükəlilik dərəcəsinə görə maye, bərk və toz şəklində olaraq, müvafiq təhlükəli tullantılar təsnifatına aid edilir "Tibbi tullantılar epidemioloji və toksikoloji təhlükəlilik dərəcəsinə görə dörd sinfə bölünür – A, B, C və D. B və C sinfinə aid tullantılar təhlükəli və xüsusi təhlükəli tullantılar hesab olunur. Pandemiya dövründə məhz bu tullantıların idarə olunması ciddi nəzarətə götürülüb. Hazırda onlar kateqoriyalar üzrə çeşidlənərək Nazirlik tərəfindən təmin edilən müxtəlif rəngli xüsusi torbalara toplanır. B sinfinə aid təhlükəli tullantılar sarı, C sinfinə aid xüsusi təhlükəli tullantılar isə qırmızı torbalara toplanır. Tullantılar xüsusi avtomaşınlarla daşınaraq müvafiq qurğularda termik üsulla 800-1200 dərəcə temperaturda zərərsizləşdirilərək məhv edilir".

 





21.05.2020    çap et  çap et