525.Az

Varşavadan Bakıya 100 nəfər Azərbaycan vətəndaşı gətirildi


 

Varşavadan Bakıya 100 nəfər Azərbaycan vətəndaşı gətirildi<b style="color:red"></b>

Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" vətəndaşlarımızın vətənə qaytarılması üçün çarter reyslərini həyata keçirməyə davam edir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,  mayın 21-də çarter reysi ilə Varşavadan Bakıya 100 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Müəyyən edilmiş qaydalara uyğun olaraq, Polşanın paytaxtından gələn bütün sərnişinlər karantinə yerləşdirilib.

Qeyd edək ki, bu həftə "AZAL" aviaşirkəti tərəfindən Azərbaycan vətəndaşları çarter reysi ilə Berlindən Bakıya gətirilib.

 





21.05.2020    çap et  çap et