525.Az

Qənirə Paşayeva Nəsib bəy Yusifbəylinin abidəsinin ucaldılması təklifi ilə çıxış edib


 

Qənirə Paşayeva Nəsib bəy Yusifbəylinin abidəsinin ucaldılması təklifi ilə çıxış edib<b style="color:red"></b>

Millət vəkili Qənirə Paşayeva  Parlamentdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan baş nazir Nəsib bəy Yusifbəylinin xatirəsinin əbədiləşdirilməsinin və ona abidə ucaldılmasını təklif edib.

APA-nın xəbərinə görə, parlamentin bu gün keçirilən iclasında millət vəkili Qənirə Paşayeva Prezident İlham Əliyevin M. Ə. Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamının  Azərbaycan xalqı tərəfindən yüksək səviyyədə alqışlandığını və müsbət qəbul olunduğunu deyib.
 
Millət vəkili bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, həmin hökumətin ilk baş naziri olan Nəsib bəy Yusifbəylinin qəbrinin bu günədək harda olması  dəqiq bilinmir: "Bu istiqamətdə dövlət səviyyəsində geniş araşdırmalara, tədqiqatlara ehtiyac var. Mən təklif edirəm ki, Nəsib bəy Yusifbəyliyə ya Bakıda, ya da Gəncədə heykəli və ya abidəsi ucaldılsın və onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha geniş addımlar atılsın. Nəsib bəy Yusifbəyli  Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və baş nazirlərindən biri olaraq millətimiz üçün böyük işlər görmüş böyük şəxsiyyətlərdən biridir və onun xatirəsinin yüksək səviyyədə əbədiləşdirilməsi və onun gənc nəsillərə daha geniş tanıdılması çox önəmlidir". Millət vəkili  Qənirə Paşayeva bildirib ki, ondan əvvəl çıxış etmiş həmkarları Fazil Mustafanın Nuru Paşanın da xatirəsinin əbədiləşdirilməsi  və Qüdrət Həsənquliyevin "Sahil" bağının "Cümhuriyyət" bağı adlandırılması ilə bağlı təkliflərini dəstəkləyir və hesab edir ki, bu, tariximiz, bugünkü və gələcək nəsillərimiz üçün çox vacib və əhəmiyyətlidir.

 





17.12.2013    çap et  çap et