525.Az

Nizami Gəncəviyə həsr olunan sərgi Strasburq meriyasının internet səhifəsində


 

Nizami Gəncəviyə həsr olunan sərgi Strasburq meriyasının internet səhifəsində <b style="color:red"></b>

Strasburq meriyasının internet səhifəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunan sərgi barədə məqalə yerləşdirilib. Məqalədə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın ikinci böyük şəhəri, 2016- ilin "Avropa gənclər paytaxtı" elan edilən Gəncədə yaşayıb yaratmış, Şərq intibahının bütün bəşəriyyətin parlaq siması, böyük şair filosof Nizami Gəncəvinin xatirəsinə həsr olunan sərgi nümayiş etdirildiyi diqqətə çatdırılır:
 
"
Şəhərin Reyn sarayında "Xll XXl əsrləri birləşdirən universal körpü" layihəsi çərçivəsində Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi, Alzas bölgəsinin mədəniyyət məsələləri üzrə regional idarəsi Strasburq Universitetinin kitabxanası tərəfindən təqdim olunan sərgi üç ay müddətində tamaşaçıların üzünə açıq olacaqdır. Sərgidə Nizami Gəncəvinin Heydər Əliyev Fondu tərəfindən fransız dilində nəfis şəkildə nəşr edilmiş əsərləri ilə yanaşı, üzərində şairin poemalarının motivləri əsasında illüstrasiyaların əks olunduğu xalçalar, orta əsrlər Şirvanşahlar Atabəylər dövrünə məxsus məişət əşyaları, pul vahidləri, qədim geyim nümunələri, saxsı qablar, gümüş məmulatlar, habelə şairin doğulub yaşadığı Gəncə şəhərinin qədim görüntüləri müasir fotoları nümayiş etdirilir. Bu sərgi vaxtilə Romada, Sankt-Peterburqda, Moskvada, Pekində digər şəhərlərdə uğurla nümayiş olunub, aradan səkkiz əsrdən çox keçməsinə baxmayaraq şairin poemalarının öz aktuallığını itirməyib, zamanla səsləşir.  Nizami Gəncəvinin əlyazmalarının dünyanın bir çox nəhəng kitabxanalarında, o cümlədən Fransa Milli Kitabxanasında, Strasburq Universitetinin kitabxanasında, Londonun, İstanbulun, Vaşinqtonun, İranın kitabxanalarında, Sankt-Peterburqdakı Ermitaj muzeyində saxlanılır. Azərbaycandakı ədəbiyyat muzeyi Nizami Gəncəvinin adını daşıyır, Gəncədə onun şərəfinə mavzoley ucaldılıb, həyat yaradıcılığından bəhs edən film çəkilib, şairin 870 illiyi ilə əlaqədar 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi Sərəncam imzaladığı, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən əsərlərinin çap olunub sərgidə nümayiş etdirilir. Sərgi Azərbaycanı fransızlara yaxından tanıtmaq baxımından müstəsna əhəmiyyət daşıyır".

S.ABDULLAYEVA

 





17.12.2013    çap et  çap et