525.Az

Britaniyalı siyasətçi Azərbaycanı Qərbin ən etibarlı müttəfiqi və dostu hesab edir


 

Britaniyalı  siyasətçi Azərbaycanı Qərbin  ən etibarlı müttəfiqi və dostu hesab edir<b style="color:red"></b>

Böyük Britaniya Parlamentinin üzvü, Liberal Demokrat Partiyasının Baş intizam nəzarətçisinin müavini, Lord Dominik Addinqton Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) suallarını cavablandırıb.

AAC-dan 525.az-a verilən məlumata görə, o, aşağıdakıları bəyan edib.

“Avropanın enerji təhlükəsizliyi BP-nin dəstəklədiyi Transadriatik Qaz Kəmərindən (TAP) birbaşa faydalanacaqdır.Ümid edirəm ki, sözügedən layihə Azərbaycanın Avropa bazarını təchiz etmə imkanlarını daha da gücləndirəcək və ölkənin milli gəlirini artıracaqdır. Mən Azərbaycanı Qərbin ən etibarlı müttəfiqi və dostu qismində görürəm.

Azərbaycan hökumətinin milli və dini azlıqlarla bağlı yürütdüyü siyasət alqışlanmalıdır. Bu, sadəcə dözümlülük nümunəsi deyil, həmçinin Azərbaycanı hər kəsin yaşaması və işləməsi üçün gözəl bir yerə çevirməyin təqdirəlayiq yoludur ”.

 





17.12.2013    çap et  çap et