525.Az

Əsgərimiz özünü güllələdi


 

Əsgərimiz özünü güllələdi<b style="color:red"></b>

Azərbaycan Ordusunun əsgəri tabeliyindəki silahla özünü vurub.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Nazim Hamlet oğlu Zahirov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.
 
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisəyə münasibət öyrənmək mümkün olmayıb.

 





18.12.2013    çap et  çap et