525.Az

Yağmursuz hava davam edəcək


 

Yağmursuz hava davam edəcək<b style="color:red"></b>

 Bakı və Abşeron yarımadasında dekabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Gündüz mülayim şimal-qərb küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 0-3 , gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında dekabrın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  5-10 dərəcə  isti,  dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 14-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

 





18.12.2013    çap et  çap et