525.Az

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış- Ortodoksluq


 

Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış- <b style="color:red">Ortodoksluq</b>

İdris ABBASOV

Ortodoksluq Ortodoks məzhəbi 

 Ortodoksluq (yun. orthos - "doğru", "düzgün", "əsl", "həqiqi" + doxa - "fikir", "inanc", "etiqad") xüsusilə dini məslək əqidə ilə bağlı qəbul olunmuş normalara sədaqət, bağlılıq deməkdir. Dar mənada bu termin erkən xristian əqidəsində təmsil olunduğu kimi, xristian inancına tabe olmanı ifadə edir.

Bu gün dünyada Ortodoksluğun 400 milyona yaxın mənsubu vardır. Bu məzhəb xristianlığın katolik protestantlıqdan sonra üçüncü böyük məzhəbi sayılır. Ortodoksluğun coğrafiyası Şərqi Avropa Anadolu ilə məhdudlaşır. İstər tarixi, istərsə siyasi səbəblərə görə öz aləminə qapılmış bir atmosferdə yaşayan Ortodoksluq son onilliklər ərzində müasir dünyaya inteqrasiya yolunu tutmuşdur.

"Ortodoks" sözü XI əsrdən işlədilməyə başlanmışdır. Ortodoksların işlətdiyi "Ortodoks Katoloik kilsəsi" birləşməsinə daha çox rast gəlinir. Bu ifadə ilə sözügedən məzhəbin həm doğru görüşü təmsil etməsi, həm ümumbəşəri olması iddiası nəzərdə tutulur. 

Kilsənin qərarlarına bağlı, batil inanclara qarşı doğru inancları qəbul edən mühafizəkarların meydana gətirdiyi "doğru inanc üzərində olanlar" şəklində xarakterizə edilən bu dini topluluq Şərq kilsəsinin təlimini qəbul etmişdir. Ortodoks kilsəsi Hz.İsanın başlıca ənənəsinin həqiqi prinsiplərini ilk yeddi ümumi qurultayda əsaslandırmışdır. Bunlar İznik (325), İstanbul (381), Efes (431), Qadıköy (451), II İstanbul (553), III İstanbul (680) II İznik (768) qurultayları olub, təslis (üçləmə) əqidəsi başda olmaqla İsanın şəxsiyyəti, təlimləri, şəkilləri barəsində müzakirələr olmuş qərarlar çıxarılmışdır. Ortodoksluq üçün Şərq Orta Şərqdə ən önəmli kilsələr İstanbul, İskəndəriyyə, Antakya Qüdsdədir. Tarixdə Ortodoks Kilsəsi Şərqi Roma, yaxud Bizans olaraq varlığını sürdürmüşdür. Ən yüksək səlahiyyətli orqanı təmsil edildikləri ümumi qurultaylardır. Ortodokslar Papanın üstün ümumbəşəri qərarlar vermək səlhiyyətini tanımırlar.

Böyük nisbətdə Anadolu coğrafiyasında inkişaf edib yayılmağa başlayan Ortodoksluq yunan mədəniyyətinin xristianlaşdırılması ilə özəl xarakter almağa başlamışdır. Bu təməl struktur, öz inkişaf xəttini antik latın düşüncəsindən alan katoliklik ortodoksluq arasındakı fərqliliyin zəminini hazırlamışdır.

Ortodoks ənənəsinin əsaslandığı mədəniyyətin kappadokiyalı (Kappadokya indiki Türkiyə ərazisində yerləşir) üç kilsə atası tərəfindən yaradıldığı ehtimal edilir. Təqribən IV əsrdə yaşayan nissalı Qriqori, nazianlı Qriqori Böyük Vasili (St.Basil) yunan xüsusilə Aristotel fəlsəfəsini xristianlığa daxil edərək teoloji mənada Ortodoksluğun zəminini hazırlamışdırlar.

Roma İstanbul kilsələri zaman-zaman birləşmə səyləri göstərsələr bu, baş tutmamışdır. 1439-cu ildə Florensia Məclisində Ortodoksluğun Katolikliklə birləşməsi məsələsi ortaya cıxdıqda rus ortodoksları buna qəti etiraz etmişdirlər. 1448-ci ildə Rus Piskoposlar Məclisi tərəfindən rəhbərliyə gətirilən mitropolit Jonas Moskva bütün Rusiyanın metropoliti ünvanı ilə İstanbuldan ayrılaraq öz müstəqilliyini elan etmişdir.

Ortodoks inanc ibadətlərində müqəddəs kitabdan (xüsusilə Yəhya İncili) sonra gələn ən müəyyənedici qaynaq kilsə ataları ətrafında formalaşan sirr yolu ilə nəql edilən ənənələrdir (kilsə atalarından gələn rəvayətlər adətlər). Ortodoks ilahiyyatının mərkəzində bilgi problemu dayanır. Buna müvafiq olaraq ilahi aləmə aid bilgilər dərkedilməz özəlliyə sahibdir. Katoliklikdən fərqli olaraq Ortodoksluq ilahi bilginin təbiəti məsələsində aqnostikdir (tanrı dünya sonrası yaşam haqqında gerçəkləri bilmənin imkansız olduğunu düşünmək). İlahi aləmin bilgisi dərk oluna bilən yox, yaşana bilən bir şeydir. Ortodoksal monastır həyatı melanxoliyası bu yorumdan qaynaqlanır. Ortodoksluq funksiya mənasında üç ayrı, mahiyyət mənasında vahid varlıqdan ibarət təslis doktrinasını qəbul edir. Tanrı funksiya anlamında Ata, Oğul Müqəddəs Ruh olmaqla üç ayrı varlıqdan meydana gəlmiş olsa dad, əsas etibarilə Atada bütünləşən tək varlıqdır. Ata, Oğulvə Müqəddəs Ruh triosunun əmələ gətirdiyi birliyi qəbul edən Katoliklikdən fərqli olaraq Ortodoksluq Ataya daha önəmli yer verir. Ortodoksluğu Katoliklikdən ayıran digər önəmli bir teoloji fərqlilik Müqəddəs Ruhun haradan çıxdığı məsələsidir. Həm Ata, həm Oğuldan çıxdığına inanan katoliklərə müqabil olaraq sadəcə Atadan çıxdığına inanan ortodokslar Atanın həm Oğul, həm Müqəddəs Ruhdan üstün olmasının üzərində dayanmışdırlar. Mühüm teoloji mövzulardan biri olan İsanın təbiəti məsələsində ortodokslar diofizit görüşü qəbul edərək Katoliklik Protestantlarla üst-üstə düşsə , Ortodoksluqdakı İsanın təcəssüm etməsi məsələsi Katoliklikdən olduqca fərqlidir. Katoliklikdə dünyaya gələrək İsa surətində təcəssüm edən şəxsən tanrının Oğul funksiyası ikən, Ortodoksluqda təcəssüm edən hipostasis (funksiya) deyil, fəqət - çox net şəkildə olmasa da -Loqos, yəni Atanın Oğul vasitəsi ilə kəlamıdır.

İsanı möcüzə şəklində dünyaya gətirən Məryəmlə bağlı inanclar digər xristian məzhəblərində olduğu kimidir. Ortodoksluqda Məryəmlə bağlı inancların təməli əhəmiyyətli dərəcədə Bizans coğrafiyasındakı Nəsturiliyin Məryəmlə bağlı laqeyd davranışlarına cavab olaraq formalaşmışdır. Bizans ilahiyyatçıları Məryəmin imtiyazlı mövqeyini, onu ortodoks kosmologiyası ilə bütünləşdirərək vurğulamağa çalışmışdır. Beləliklə, Məryəm özündən çıxan tanrı-İsa vasitəsilə kainatın mövcud olma səbəbinə çevrilmişdir. Məryəm ikinci Həvva olaraq birincinin etdiyi kosmik xətanı düzəldən ilahi prosesin son halqası kimi səciyyələndirilir. Məryəm yalnız Məsih İsanın deyil, bütün bəşəriyyətin anası sayılır. Məryəm Ortodoksluqda şəfaətçi dərəcəsinə qədər yüksəldilmişdir. Amma 1854- ildə Katolik kilsəsi Məryəmin, anası Müqəddəa Annadan doğulmasından sona qədər, əsl günahdan azad olması doktrinasını rədd etmişdir. Eyni zamanda Məryəm "ləkəsiz" "tamamilə mübarək" olub ölümündən sonra oğlu ilə birlikdə səmavat aləminə yüksəldilmişdir.

Ortodoksluqda təməl ibadət ikonası İsa ilə bağlı səhnələri ehtiva edən ikonalardır. İkona ibadəti səhnələrdəki fiqurlar üzərində konsentrasiya etmə, onlarla eyniləşmə (mistik birləşmə) arzu edilən diləklərin ikonalardakı fiqurlar vasitəsilə əldə edilməyə çalışılması şəklində üç mərhələlidir. İkonalar həm möminlərin Tanrı ilə mistik birləşməsinə imkan yaradır, həm tələblərin yerinə yetirilməsində vasitəçi rolunu oynayır. Bu prizmadan yanaşdıqda ikonanın həm psixoloji, həm teoloji struktur qatmanlardan ibarət olduğu aşkar olur. VIII əsrdən başlayaraq dövlət tərəfindən ikonalara qarşı müəyyən qanunlar çıxarılsa da, xalq arasında son dərəcə populyar olan ikonafilizm (ikona sevərlik) bu günə qədər öz varlığını qoruyub saxlamışdır.

Ordoks inanclarını əmələ gətirən təməl fenomenlərdən biri sakramentlərdir. Ordoksluqda sakramentlərin sayı Katoliklikdə olduğu kimi yeddidir. Katoliklərdə sakramentlərin xilaskarlıq funksiyası ortodokslarda daha çox ikona kultu ilə əlaqələndirilmişdir. Buna görə sakramentlər ortodokslarda daha çox ayin xüsusiyyəti daşıyır. Bu gün ortodokslar tərəfindən qəbul edilən yeddi sakrament aşağıdakılardır: 1) Çörək-şərab ayini. Əhdi-Cədidə görə cümə günü çarmıxa çəkilən İsa bazar günü dirilərək məzardan çıxıb Ata tanrının yanına yüksəlmişdir. Xristianlar bu günü yad etmək üçün hər bazar kilsədə çörək-şərab sakramentini icra edirlər. Kilsəyə gələn mömin tərəfindən içilən şərab İsanın qanına, xəmir isə onun ətinə çevrilir. Katoliklikdə çörək-şərab daha çox İsanın qurbanlığını, ortodokslarda isə daha çox ayində iştirak edənlərin İsa ilə mistik birləşməsini ifadə edir. 2) Vəftiz. İsanın İordaniya çayında Yəhya tərəfindən vəftiz edilməsinin təqdimi olan bu sakrament ortodokslara görə tanrının İsada təcəssümünün təkrarıdır. Katoliklərin yanaşması kimi olmasa da, vəftiz edilən uşaq ilk günahdan təmizlənmiş qəbul edilir. 3) Konfirmasiya. Vəftizdən dərhal sonra icra olunur. Din adamı xüsusi bir yağla uşağın alnına, gözlərinə, burnuna, ağız qulaqlarına xaç işarəsi çəkir. Bu sakramentlə uşaq xristian cəmiyyətinə qəbul edilmiş olur. 4) Tövbə. Hər bir ortodoks ildə heç olmasa bir dəfə din adamının hüzurunda günahlarını etiraf edərək bağışlanır. Vəftizdən sonrakı günahlardan təmizlədiyi üçün tövbəyə ikinci vəftiz deyirlər. 5) Müqəddəs iyerarxiya. Ortodoks kilsəsində üç təməl rütbə mövcuddur. Baş keşiş (yepiskop), keşiş (papaz) aşağı dərəcəli keşiş (dyakon). Ortodoks ruhanilər iki əsas qrupa bölünür: Ağlar (evli ruhanilər) qaralar (monastır ruhaniləri). Evlənmək istəyən din adamları dyakon olmadan əvvəl bunu etmək məcburiyyətindədir. Monastırda vəzifə tutanlar evlənə bilməz yepiskop olanlar monastırdakı ruhanilərdən seçilir. Ortodoksluqda çox işədilən patriarx ünvanı əsas iyerarxik ünvanlardan olmayıb sadəcə məqam ünvanıdır. Bəzi avtokefal (müstəqil) kilsələrin yepiskopları bu adı daşıyır. Avtokefal olmayan kilsə liderləri baş yepiskop ya mitropolit adlanır. Müqəddəs iyerarxiya öz səlahiyyətini Piterin vasitəsilə İsadan aldığı üçün bəlli bir xarizmaya sahibdir onlara təslimiyyət İsaya təslimiyyət anlamına gəlir. 6) Evlilik. Din adamı olmayan insanlar üçün evlilik, bəzi hallar istisna olmaqla, məcburi xarakter daşıyır. Ortodoks kilsəsi boşanmağa üçüncüyə qədər yenidən evlənməyə izn verir. 7) Xəstə yağlanması. Xəstəni sağaltmaq günahlarının əfv olunması arzusu ilə xeyir-dua verilmiş yağın din adamı tərəfindən xəstəyə sürtülməsidir.  

Ortodoks "doğru görüş inanc" deməkdir. Romanın üstünlük iddiasına qarşı Bizans Patrikliyi özünün doğru yolda olduğunu, üstün olduğunu bildirmək üçün bu adı almışdır. 1054- ildəki Şərq-Qərb ayrılığından sonra Bizans ortodoksluğun mərkəzi olmuşdur. İnanc ayinlər baxımından bir-biri ilə ortaq yönləri olan bir çox ortodoks kilsə Bizansa bağlı idi. 1453- ildən sonra Rus Ortodoks Kilsəsi İstanbul Ortodoks Patrikliyi ilə mücadiləyə girişdi. Ancaq o, 1917-ci il rus inqilabından sonra bundan vaz keçdi. Rus Ortodoks Kilsəsi Patriarxlıq halını aldı. Ortodoks dünyasında dörd böyük patriarxlıq vardır: İstanbul, İskəndəriyyə, Antakya Qüds. Xeyli sayda milli kilsələr bu dörd patriarxlığa bağlıdır. Amma muxtar qismən muxtar kilsələr vardır. Monofizit kilsələrlə yanaşı bu sayılanlar "Şərq kilsələri" başlığı altında göstərilir. İstanbul Patriarxlığı Fənər, yaxud Rum Ortodoks Patriarxlığı deyə adlandırılır. Ortodoksların katoliklər digər xristian məzhəblərindən ayrıldıqları nöqtələr bunlardır: 1) Ruhani başçısı patriarxdır. 2)Papanın üstünlüyünü, İsanın vəkili olduğunu, yanılmazlığını qəbul etmirlər. Müqəddəs Ruhun Oğul vasitəsilə Atadan çıxdığını irəli sürürlər. 3) İlk yeddi məclisi onun çıxardığı qərarları qəbul edirlər. Sonrakı məclisləri qərarları qəbul etməzlər. 4) İkonalara geniş yer verir, sayğı göstərirlər (İkona: İsa, Məryəm əzizləri təsvir edən, özəl bir tərzdə işlənmiş olan, kilsə evlərdə olan rəsmlərdir. 5) İbadət müxtəlif dillərdə (hər ölkənin öz dili ilə) icra olunur. 6) Xaçın qolları bir-birinə bərabərdir. Sağdan sola xaç çəkilir. 7) Evharistiya ayinində çörəyə maya, şəraba su qatarlar. 8) Konfirmasyon vəftizdən dərhal sonra yerinə yetirilir. 9) Papazlar evlənə bilər. Keşişlər, yepiskoplar patriarxlar evlənməz. Bəzi şərtlər daxilində boşanma vardır. 10) Dünyanı qısa bir gözləmə yeri kimi qəbul edirlər. Günahkar günah dərəcəsinə görə bir əvəz ödəyərək xətadan qurtula bilər.

(Ardı var)

 





18.12.2013    çap et  çap et