525.Az

Şagirdlər üçün 162 yeni məktəb


 

Şagirdlər üçün 162 yeni məktəb

2012-2013-cü dərs ilində ölkə üzrə ümumilikdə 43588 şagird yerlik 162 yeni orta məktəb şagirdlərin istifadəsinə veriləcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, bunlarla yanaşı, 103 məktəb əsaslı təmir edilib, 21 məktəb üçün 5104 şagird yerlik əlavə korpuslar inşa olunub. Təhsil Nazirliyi tərəfindən isə 16640 şagird yerlik 45 yeni orta məktəb tikilib. Həmçinin, 3 təhsil müəssisəsi üçün 960 şagird yerlik əlavə korpuslar inşa edilib və 15 məktəbdə əsaslı təmir işləri aparılıb.

S.QARAYEVA

 





04.09.2012    çap et  çap et