525.Az

Faiq, Röya və Miri Yusif uşaqlar üçün konsert verəcək


 

Faiq, Röya və Miri Yusif uşaqlar üçün konsert verəcək<b style="color:red"></b>

Xalq artisti Faiq Ağayev, müğənni Röya, Miri Yusif, "Eurovision" mahnı müsabiqəsinin iştirakçıları uşaqlar üçün təşkil olunacaq Yeni il proqramında iştirak edəcəklər.

Axşam.az xəbər verir ki, adıçəkilən sənətçilər Heydər Əliyev sarayında azyaşlılar üçün xüsusi hazırlanmış mahnılarını ifa edəcəklər.

Konsert proqramı 4 gün - dekabrın 27-dən 30-dək keçiriləcək. Şaxta baba və Qar qızın aparıcılığı ilə baş tutacaq bayram şənliyində milli, müasir rəqslər və illüziya şousu nümayiş etdiriləcək.

Yeni il şənlikləri saat 12.00-da başlayacaq.

 





18.12.2013    çap et  çap et