Bakı və Abşeron yarımadasında dekabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər və gecə bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 şaxta, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 15-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Tibbi meteoroloji proqnoza əsasən, dekabrın 20-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
çap et