525.Az

Putin: “ABŞ Rusiya üçün təhlükə törədir”


 

Putin: “ABŞ Rusiya üçün təhlükə törədir”<b style="color:red"></b>

“Kalininqrad vilayətində “İsgəndər” komplekslərinin yerləşdirilməsi Rusiyanın nüvə potensialına təhlükələrə reaksiya verməyin elementlərindən biridir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında bildirib.
 
Onun sözlərinə görə, ABŞ-ın Avropada yerləşdirdiyi Raket Əleyhinə Müdafiə Sistemləri Rusiya və onun nüvə potensialı üçün təhlükə törədir: “Biz bu və ya digər şəkildə buna reaksiya verməli idik. “İsgəndər” də mümkün cavab elementlərindən biridir”.

 





19.12.2013    çap et  çap et