525.Az

"Bu şəraitdə yaşamaq mümkün deyil"


 

"Bu şəraitdə yaşamaq mümkün deyil"<b style="color:red"></b>

BİNƏQƏDİ RAYONU ƏRAZİSİNDƏKİ YENİ BİNANIN SAKİNLƏRİ KÖMƏK İSTƏYİR 

Artıq 5 ildən çoxdur Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani 3068 küçəsində, "Elit" ticarət mərkəzinin arxasında yerləşən "Olimp" mənzil-tikinti kooperativinin binasının sakinləri öz mənzillərində bərbad həyat tərzi sürməyə məhkum olublar. Hələ bir neçə il bundan əvvəl tamamlanması nəzərdə tutulan inşaat təmir işləri bu günə kimi yekunlaşmayıb. Bu binanın həyəti, qarajı, blok hətta yolları da normal yaşayış şərtlərinə uyğun gəlmir.

Bu günlərdə kompleksin sakinləri şikayət məktubu yazaraq əlaqədar qurumlardan kömək istəyiblər. Məktubda onların üzləşdikləri problem ətraflı şərh olunub.

Sakinlər ilk olaraq kompleksin istirahətə, gündəlik istifadəyə yararlı olan yöndəmsiz həyətindən yollarından gileylənirlər. Tikinti ilə əlaqədar həyətin bərbad vəziyyətini görəndə dəhşətə gəlməmək mümkün deyil. İnşaat işlərinə görə kompleks sakinləri üçün nəzərədə tutulmuş qarajın bir hissəsini bağlayıblar. Məktubda bildirilir ki, binanın layihəsinə görə yeni tikilən binanın altı qaraj olmalı idi. Hörülmüş divarlar burada hansısa obyektin tikiləcəyindən xəbər verir.

Kompleks sakinləri məktubda daha bir neçə maraqlı fakt barədə məlumat verirlər. Bu yaşayış kompleksinin inşası 2010-cu ildə başa çatmalı idi. Lakin bina Dövlət Qəbul Komissiyasına təhvil verilmədən sakinlərin ixtiyarına verilib. MTK rəhbərliyi tez-tez dəyişdiyindən bu barədə kimsədən hesabat almaq mümkün deyil. "Artıq bir neçə ildir ki, MTK rəhbərliyi mənzillərə qazın veriləcəyini vəd edir. Amma deyilənlərə əməl edən yoxdur. Bakı şəhərindəki bütün evlərin qazlaşdırılması ilə bağlı müxtəlif dövlət məmurlarının tez-tez çıxış etmələrinə baxmayaraq, sözügedən binadakı mənzillər hələ qazla təmin olunmayıb", - deyə kompleks sakinlərindən biri Rafael Quliyev yazır.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il martın 1- "Azərbaycan Respublikası regionlarının 2009-2013- illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışını xatırlatmaq istərdik: "Bütün ölkədə qazlaşdırma prosesi gedir. Vəzifə qoyulubdur ki, bu il gələn ilin sonuna qədər qazlaşdırma ilə bağlı bütün məsələlər öz həllini tapsın ölkə əhalisinin 90-95 faizi təbii qazla təmin edilsin. Bu, sırf sosialyönümlü təşəbbüsdür. Biz bunu etməliyik. Çünki hər bir bölgəmiz, hər bir kəndimiz qaz almalıdır. Nəzərə alsaq ki, Azərbaycan bu gün qazı dünya bazarlarına ixrac edir, əlbəttə ki, ölkə daxilində maksimum dərəcədə təbii qazla təminat təşkil olunmalıdır".

Bütün bunları bildikləri halda niyə MTK rəhbərliyi müvafiq dövlət qurumları problemi həll etməyə cəhd belə göstərmir.

"MKT rəhbərliyi hara baxır? Sakinlərin, eləcə kooperativ binanın payçılarının xahiş şikayətlərinə məhəl qoymayan MKT əməkdaşları hansı marağa xidmət edirlər? Layihəyə görə uşaq meydançasının, istirahət üçün oturacaqların olması nəzərdə tutulmuş kompleksin həyəti anlaşılmaz tikililərlə doludur. Biz hələ həyətdə üçmərtəbəli ev hündürlüyündə ucaldılmış metallokonstruksiyanı demirik", - deyə məktubda yazılır.

Kompleks sakinlərinin sözlərinə görə, Binəqədi rayonu İcra Hakimiyyətinin əməkdaşları həyətdəki qanunsuz tikililəri bir neçə dəfə yerlə-yeksan etsələr , bir müddətdən sonra onlar yenidən peyda olur. Kompleksin 600-700 kvadratmetrlik həyətinin bir hissəsini məhz bu qanunsuz tikililər, məişət tullantıları tutur.

Kompleksin təhlükəsizlik vəziyyəti ürəkaçan deyil. "Yeraltı qarajın divarlarından birinin qarşısı taxta lövhələrlə bağlanıb. Üstəlik, qarajda yanğın təhlükəsizliyi avadanlığı yoxdur. Bloklarda qarajda yanğına qarşı su sistemi quraşdırılmayıb, yanğınsöndürən ləvazimatlar yoxdur", - deyə məktubda qeyd olunur.

"Ümid edirik ki, səlahiyyətli qurumlar bəzi sahibkarların bu özbaşınalıqlarına diqqət yetirib, məsələnin həllinə daha ciddi yanaşacaqlar. Çünki ölkənin hər bir vətəndaşının öz mənzilində rahat, ailə üzvlərinin təhlükəsizliyi üçün narahat olmadan yaşamaq hüququ var", - deyə binanın sakini Namiq Məmmədov yazır.

Binanın sakini Rafael Quliyev qeyd edir ki: "Olimp" MTK mənzilləri bizə satarkən, bizə binanın həyətin planını göstərmişdi. O planda kompleksin payçıları üçün xeyir-şər evi, uşaqlar üçün meydança, binada yaşayan sakinlər üçün qaraj nəzərdə tutulmuşdu. Ancaq bu gün söz verdikləri BŞİH-nin razılığı ilə təsdiq edilən bu kompleksin tikinti planı reallığa uyğun deyil. "Xeyir-şər evi yoxdur (əvəzinə naməlum konstruksiyalar həyətdə tikilir); uşaqlar üçün meydançanın yerində qeyri-qanuni tikinti aparılır; qarajda isə biabırçılıq baş verir. Qarajın bir hissəsini bağlayıblar oraya külli miqdarda avadanlıq gətirilir. Binanın sakinləri öz maşınlarını saxlamağa yer tapmırlar. Bundan əlavə kompleksin qarajında heç bir təhlükəsizlik işləri aparılmayıb biz qorxuruq ki, yanğın baş versə, biz edəcəyik. FHN rəhbərliyindən xahiş edirik ki, bizim binamızı nəzarət altında saxlasın, çünki bu qorxu şəraitdə yaşamaq mümkün deyil".

Kompleksin sakinləri əlaqədar qurumlardan xahiş edir ki, uzun illər yaşadıqları bu problemin həllinə köməklik göstərsinlər. Binanın sakinləri məsələ ilə bağlı bu yaxınlarda ölkə prezidentinə şikayət məktubu göndəriblər".

Məktubda göstərilir ki, kompleks sakinlərini maraqlandıran bir neçə sual var. "Yeni tikilən yaşayış binalarındakı nizam-intizama kim cavabdehdir? MTK sahibindən inşa olunmuş binanın vaxtında təhvili niyə tələb olunmur? Yaşadığımız binaya qaz niyə verilmir? üçün aidiyyatı dövlət qurumları kompleksin qanuni inşasına nəzarət etmir (kompleks təsdiq olunmuş plana uyğun tikilməlidir)?"

İskəndər Quliyev

 





19.12.2013    çap et  çap et