525.Az

Ahıska türklərinin ilk məlumat dərgisi çap olundu


 

Ahıska türklərinin ilk məlumat dərgisi çap olundu<b style="color:red"></b>

"Azərbaycanda Yaşayan Ahıska Türkləri Vətən" İctimai Birliyi tərəfindən Ahıska türklərinin ilk məlumat dərgisi çap olunub.

Birliyin orqanı olan məlumat jurnalının əsas məqsədi Vətən Cəmiyyətinin fəaliyəti haqqında məlumatı mütəmadi olaraq geniş kütləyə çatdırmaqdan ibarətdir.

Respublikanın müxtəlif dövlət qurumlarına, Azərbaycanda fəaliyyət göstərən səfirliklərə, beynəlxalq təşkilatlara, elm-təhsil müəssisələrinə, eyni zamanda, Vətən Cəmiyyətinin bölgə rəhbərlərinin köməyi ilə Azərbaycanda yaşayan soydaşlara çatdırılıcaq bu dərgidə Ahlska tarixinə, mədəniyyətinə dair məqalələr də dərc ediləcək.

Dünyanın 10-dan çox ölkəsində məskunlaşmış Ahıska türklərinin Azərbaycanda ilk məlumat dərgisinin ərsəyə gəlməsində birliyin idarə heyətinin sədri İsmayıl Rəhimovun, dədr müavini, dərginin baş redaktoru Ali Bayraktarın, Cəmiyyətin gənc fəalı Emil Rəhimovun, çapında isə iş adamı, "Tuna" mətbəəsinin təsisçisi Raşid Çalakın əlahiddə xidmətləri olub.

 





08.06.2020    çap et  çap et