525.Az

"Yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq"


 

"Yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq"<b style="color:red"></b>

“Bir daha vətəndaşlarımıza sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə yaşadıqları ünvanı tərk etməmək barədə çağırışlarımızı anlayışla qarşıladıqlarına görə təşəkkürümüzü bildirirəm. Lakin təəssüflə onu da qeyd edim ki, ayrı-ayrı vətəndaşlar tərəfindən karantin rejiminin pozulması və digər qanunazidd  hallara yol verilib”.

Bunu APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib. O bildirib ki, yayılan görüntülərlə bağlı araşdırmalar aparılır.

“İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş  hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcək”, - deyə E. Zahidov əlavə edib.

 





08.06.2020    çap et  çap et