525.Az

İqdır-Naxçıvan qaz kəmərinin tikintisi çərçivəsində tender elan olundu


 

İqdır-Naxçıvan qaz kəmərinin tikintisi çərçivəsində tender elan olundu<b style="color:red"></b>

Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkəti İqdır-Naxçıvan qaz kəmərinin tikintisi çərçivəsində tədqiqat və mühəndislik işlərini aparacaq şirkətin seçimi üzrə tender elan edib.

"APA-Economics"in "BOTAŞ"a istinadən verdiyi məlumata görə, tender təklifləri iyun ayının 30-dək (Bakı vaxtı ilə saat 15:00-dək) qəbul ediləcək.

Məlumata əsasən, tender diametri 12 düym, uzunluğu isə təxminən 82 km olacaq qaz kəməri üzrə ərazi-tədqiqat, xəritə və müfəssəl mühəndislik işlərini əhatə edir. İşlər 270 gün ərzində həyata keçirilməlidir.

Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir.

 





09.06.2020    çap et  çap et