525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

11 iyunda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 18-22, gündüz  30-35, Bakıda  gecə 19-21, gündüz  33-35 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan  aşağı 756  mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz  30-40 faiz təşkil edəcək.  

 

11 iyunda Azərbaycanın rayonlarında  havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər  bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 18-23, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz  20-25 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

İyunun 11-də Abşeron yarımadasında  sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 





10.06.2020    çap et  çap et