525.Az

Milli Kitabxananın direktoru Respublika Virtual Elmi Konfransında


 

Milli Kitabxananın direktoru Respublika Virtual Elmi Konfransında <b style="color:red"></b>

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə dünən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş "Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və yeni əsrin çağırışları" mövzusunda Respublika Virtual Elmi Konfransı keçirilib.

Virtual Elmi Konfransı giriş sözü ilə  BDU-nun rektoru Elçin Babayev açıb və çıxışında xalqımızın Ümummilli lideri Heydər Əliyevin kitabxana quruculuğu sahəsində fəaliyyətindən, kitabxanalar üçün taleyüklü məsələlərin həllində əhəmiyyətli rol oynayan tarixi addımların atılmasından və bu gün kitabxana işinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib.

Sonra Virtual Elmi Konfransında Milli Kitabxananın direktoru, professor Kərim Tahirovun, Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanovun, professor Şahlar Əsgərovun, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Əlizadə  Əsgərlinin, BDU-nun "Nəşriyyat işi və Redaktə" kafedrasının müdiri, dosent Knyaz Aslanın, BDU-nun "Biblioqrafiyaşünaslıq" kafedrasının müdiri, dosent Nadir İsmayılovun, BDU-nun "Kitabxanaşünaslıq" kafedrasının müdiri, dosent Elçin Əhmədovun və digərlərinin mövzu üzrə məruzələri dinlənilib.

 





10.06.2020    çap et  çap et