525.Az

Gürcüstanın yeni Prezidenti Azərbaycana ilk rəsmi səfərinə gəlir


 

Gürcüstanın yeni Prezidenti Azərbaycana ilk rəsmi səfərinə gəlir<b style="color:red"></b>

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili gələn həftə Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib.

G.Marqvelaşvilinin Azərbaycana səfəri çərçivəsində keçirəcəyi görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq, regiondakı vəziyyət qiymətləndiriləcək.

Qeyd edək ki, bu, Georgi Marqvelaşvilinin Prezident seçiləndən sonra Azərbaycana ilk səfəridir.

 





20.12.2013    çap et  çap et