Nazirlər Kabinetinin qərarına müvafiq olaraq iyunun 14-ü və 15-də Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti dayandırılacaq.
Bu barədə 525.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, iyunun 16-dan qatarların cari qrafik əsasında Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkəti bərpa olunacaq.
çap et