525.Az

"BP-nin Xəzər dənizində butün layihələri cədvələ uyğun yerinə yetirilir"


 

"BP-nin Xəzər dənizində butün layihələri cədvələ uyğun yerinə yetirilir"<b style="color:red"></b>

BP-nin Xəzər dənizində bütün layihələri cədvələ uyğun yerinə yetirilir.

“APA-Economics”in məlumatına görə, bu barədə BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilmiş "COVID-19 dövründə enerji məsələləri” mövzusunda keçirilən vebinarda bildirib.

Onun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda yeni platformanın (“Mərkəzi-Şərqi-Azəri”) tikinti cədvəli dəyişə bilər, amma birinci neft hasilatı dəyişməz olaraq 2023-cü ildə gözlənilir.

B. Aslanbəyli qeyd edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokunda hazırda kəşfiyyat quyusu qazılır və işin bu ilin sonuna başa çatdırılması planlaşdırılır.

 





11.06.2020    çap et  çap et