525.Az

Teymur Mustafayev dəfn edildi


 

Teymur Mustafayev dəfn edildi<b style="color:red"></b>

Xalq artisti, xanəndə Teymur Mustafayev dəfn edilib.

Bu barədə APA-ya müğənni Yusif Mustafayev məlumat verib.

“Səhər tezdən cənazəni Bakıdan Cəlilabad rayonunun Alar kəndinə gətirdik. Elə indicə onu Alar kənd qəbiristanlığında, həyat yoldaşı və oğlunun yanında dəfn elədik”, - deyə o bildirib.

Qeyd edək ki, Teymur Mustafayev iyunun 11-də koronavirusdan vəfat edib.

 

 





12.06.2020    çap et  çap et